Elçin Əlibəylidən YENİ ŞEİR

Elçin Əlibəylidən <span style="color:red;">YENİ ŞEİR
27 sentyabr 2014
# 11:18

Kulis.az Elçin Əlibəylinin yeni şeirini təqdim edir.

Bəxtiyar Elcana

Şeydi, onu deməyəcəydim axı...

ömrün bir çağı gəlir ki,

daha heç kimin səni sevmədiyini,

elə-belə üzünə güldüyünü bilirisən,

amma arsız-arsız dözürsən...

Şeydi, onu deməyəcəydim axı...

gəlib elə yerlərə çıxırsan ki,

heç özünə qıymazdın.

Başını salıb bir otağa

aşıq çağırırsan ki,

başqalarının sevgi sayıqlamalarına

qulaq asasan.

Şeydi, onu deməyəcəkdim axı....

daha saçının uzun olmağını,

üzü tüklü gəzməyi

ayıb da bilmirsən.

Onsuz da telə sığal çəkən yox,

üzünə üzünü sürtən yox.

Gördüyün bircə sığal,

əlinin çənəni örtməsidir.

Şeydi, onu deməyəcəkdim axı...

çəkilən siqaretlərin sayını itirirsən,

çantanda ətir yox, dərman gəzdirirsən.

Yollara baxıb kimisə gəzirsən,

zorla gülürsən,

ürəkdən ağlayırsan.

Gecə balışı da qucaqlamırsan,

eləcə uzanıb yuxarı baxırsan.

Şeydi, onu deməyəcəkdim axı...

Gəlib o yerə çıxırsanki,

hər gün eyni şeyi edirsən.

Elə-belə yaşayırsan,

yol da getmirsən,

elə-belə yerində yellənirsən.

Şeydi, onu deməyəcəkdim axı...

# 3034 dəfə oxunub

Oxşar xəbərlər

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
#
#
# # #