Rəsul Rzanı seçənlərin səmimiyyəti

Rəsul Rzanı seçənlərin səmimiyyəti
4 noyabr 2014
# 12:41

Kulisin keçirdiyi əsrin şeir sorğusu bir çox xüsusiyyətlərinə görə oxucunu düşünməyə vadar edir.

Məsələn, birinci yerə məhz lirik sevgi şeirinin çıxması... Əsrin ən yüksək şair şöhrətini yaşayan Səməd Vurğunun vəziyyəti. Vaxtı ilə yüksək pafosla təqdim olunan Bəxtiyar Vahabzadənin çox az xatırlanması, Xəlil Rzanın adının bircə dəfə çəkilməsi, 80-ci illər də daxil olmaqla yeni nəslin klassiklər bir yana, 60-cılara amansızcasına uduzması və sair və ilaxır...

Maraqlı müşahidələrdən birini də Rəsul Rza və Əli Kərimlə bağlı aparmaq olar. Biri gücün, əbədi ədəbi iqtidarın nümayəndəsi, o biri yalnızca istedadın!

Baxaq: sorğuda 23 nəfər Rəsul Rzanın 17 şeirini seçib. Az qala hər adam bir şeirin adını çəkib. Əli Kərimdə isə 17 şeiri 61 nəfər seçib. Odur ki, səs sayı etibarı ilə müqayisəyə gəlməyəcək nəticə alınıb: Əli Kərim - 64, Rəsul Rza - 23. Məhz bu səbəbdən Əli Kərim “Atamın xatirəsi” şeiri ilə ikinci, “İki sevgi” ilə beşinci yeri tutub. Rəsul Rzanın “Rənglər” silsiləsi isə “İki sevgi” ilə eyni səs yığaraq beşinci yeri paylaşıb. Şairin başqa şeirlərindən nəinki beşliyə, heç onluğa, iyirmiliyə, hətta otuzluğa da düşən yoxdur.

Bunların hamısı bir tərəfə, gəlin Rəsul Rzaya və əsasən “Rənglər” silsiləsinə səs verən adamların siyahısnı gözdən keçirək:

1. Maqsud İbrahimbəyov

2. Çingiz Hüseynov

3. Anar

4. Fikrət Sadıq

5. Sevinc Çılğın

6. Mübariz Cəfərli

7. Nərgiz Cabbarlı

8. Rəşad Məcid

9. Pərvin

10. İlqar Fəhmi

11. Səlim Babullaoğlu

12. Seyfəddin Hüseynli

13. Mübariz Örən

14. Əsəd Cahangir

15. Qəşəm Nəcəfzadə

16. Azər Turan

17. Murad Köhnəqala

18. İntiqam Qasımzadə

19. Əlabbas

20. Vaqif Nəsib

21. Aqşin Evren

22. Aydın Xan

23. Rüstəm Kamal

Tanıyırsınızsa yəqin ki, asanlıqla müəyyən edə bildiniz. Bu qələm adamlarının yarıdan çoxu Anarın rəhbərliyi altında çalışan və onun aşırı valideyn sevgisini gözəl bilən adamlardır. Dediyimiz fikri hörmətli yazıçının yüz ildən seçdiyi 5 şeir də təsdiq edir: “Rəsul Rzanın Anara yazdığı 3, Nigar Rəfibəylinin Anara yazdığı 2 şeir”. Dostları və yaxınları da çıxsaq, yerdə bir-neçə səmimi oxucu və Murad Köhnəqala kimi ironiya edənlər qalır.

Halbuki, müqayisədə Əli Kərimə səs verən 61 nəfərin hansınınsa bu seçimdə qeyri-səmimi olduğunu düşünmək mümkün deyil. Çünki, seçilən və xüsusilə önə çıxan şeirlərin hamısı məşhur və sevilən. buna görə tarixin sınağından şərəflə çıxan nümunələrdir.

Sağlığında öz istedadı ilə Rəsul Rzanı ən çox narahat edən Səməd Vurğunun “Azərbaycan” və “Mən tələsmirəm” şeirlərinin isə ikinci yerə çıxması adamı lap mütəəssir edir. Çünki Səməd Vurğun da artıq yüzillik rəqibindən fərqli olaraq “səmimiyyətlə oxucuların ixtiyarına verilmiş” şair sayılır.

Bu yazını niyə görə yazdım: bir şairin öləndən 30 il sonra da səmimi qiymətini ala bilməməsi fəlakətdir! Tutaq ki, həqiqətən də ruhlar bizi izləyir və o qədər də hamar ömür yaşamayam Rəsul Rza ölümündən sonra da öz imzası ətrafında bu qədər riyakarlıq görür. Məncə, istəməzdi!

İkincisi və ən vacibi: Gücün və ədəbi iqtidarın azman nümayəndəsi, az qala andeqraund həyat sürən və bu dünyada yalnız istedadına güvənən fağır bir şairə bu qədər uduzur. Mən sizə deyəndə ki, ədəbiyyat zorun, gücün, təbliğatın axıracan işləmədiyi yeganə sahədir, inanmırsınız!

İstedadına güvənən dostlar!

Müşfiqin və Əli Kərimin qələbəsi münasibəti ilə Sizi təbrik edirəm!

# 3153 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #