Qan Turalı yazır...
Çingiz Abdullayev keçən şənbə “Kaspi” qəzetinə (Fərid Hüseyn) verdiyi müsahibədə 187 roman yazdığını deyib.
Yazıçının ilk kitabının 1988-ci ildə çap edildiyini xatırlasaq onun 187 romanı 25 ilə yazdığını anlayırıq.
İlə 7, 4 roman düşür.
Başqa cür desək iki ilə 15 roman.
Detektiv ədəbiyyatına Komissar Meqre kimi qəhrəman bəxş edən belçikalı Simenonun cəmi 200 romanı çap edilib.
Əsərləri 550 milyon nüsxədə çap edilən Simenon ilk əsərini 1919-cu ildə yazmışdı.
1989-cu ildə vəfat edən yazıçı 200 romanı 70 ilə yazıb ki, bu da ilə 2,8 roman deməkdir.
Bu da Çingiz müəllimin məhsuldarlığında 3 dəfəyə qədər azdır.
Aqata Kristi isə 80 romanı ilk romanı çap edildiyi 1920-ci ildən öldüyü 1976-cı ilə qədər yazıb.
Bu hesabla ilə 1, 6 roman düşür.
Çingiz müəllimdən 4, 6 dəfə az.
Konan Doylın cəmi 12 “Şerlok Holms” kitabı var.
“Professor Çellenjer” seriyası isə 5 kitabdan ibarətdir.
Çingiz Abdullayev həmin müsahibədə hər əsərdən sonra bir-iki ay istirahət etdiyini deyir.
Bu fakt da bizi çox maraqlı hesablamalara sövq edir.
Belə ki, hər romandan sonra 2 ay istirahət 374 ay edir.
374 ayı 31 ildən artıqdır.
Halbuki Çingiz Abdullayev cəmi 25 ildir ədəbi yaradıcılıqla məşğuldur.
İstirahəti bir aydan hesablasaq bu da 187 ay, təxminən 15 il edir.
25 illik yaradıcılığın 15 ilini istirahətə ayırıbmış.
Bütün bu hesablamalarla bağlı mənim fikrimlə maraqlananlara isə deyirəm ki, mənim heç bir fikrim yoxdur.
Həmişə fikir istehsal etməli deyilik ki...
Bir az da hesabla məşğul olaq.
Mövzu ilə əlaqədar yazılar: