Oğruya bağışlamaq istədiyim qonorar

Oğruya bağışlamaq istədiyim qonorar
19 iyun 2015
# 11:02

Qonorar aldığım otaqlarda sıxıldım. Mühasibin pul sayan barmaqlarına baxmadım. Cədvələ qol çəkəndə məbləğə fikir vermədim. Rüşvət alırmış kimi utandım. Oğrudan, işsizdən, yoxsuldan yazdığım yazının qonorarını elə həmin oğruya, işsizə, yoxsula bağışlamaq istədim. Amma hər dəfə alınmadı...

Mənə oxucu məktubları da yetərdi, ancaq yetmədi. Hər dəfə bir “dərd”i çıxdı bu pulun. Özümü inandırdım ki, bu simvolik məbləğ olmasaydı, yaşaya bilməzdim, xırda dərdlərdə boğulardım. Qonorarla aldığım, məsələn, bir papaq, bir çətir, bir cüt əlcək olmasaydı, yağışda islanardım, qarda donardı əllərim. İndiyə qədər başqa pullarla aldığım nə qədər papaq, əlcək, çətir itirmişdim. Amma qonorarla aldıqlarımı heç zaman itirmədim.

Mən telefonla danışdığım evdar qadının “Neyləyirsən?” sualına “Yazı yazıram” demədim, “Dolma bükürəm”- dedim. “Nədən, siyasətdən, yoxsa məhəbbətdən?” sualını eşitməkdənsə, “Kələm, ya yarpaq”- sualını eşitmək daha xoş idi.

Mən uşaqlarıma “Sakit durun, yazı yazıram”- demədim, başımda mövzular arı kimi vızıldaşanda üzümdə milçək kimi gəzən baxışlardan utandım.

Mən suyun gəlmə saatına, yeməyinə bişmə vaxtına, pul qazandığım işlərə xəyanət eləmədim, amma yenə özümü inandırdım ki, həyatımda ən önəmli şey oxucu məktubları, bir də qonorarla özümə aldığım əşyalardı.

Fikirləri sözə, sözləri pula, pulları əşyaya çevirmək necə gülüncdü! Sonucda əşyaya çevriləcək fikirlər...

Bu yazıdan dahiyanə sonluq gözləməyin, bəzən qeyri-müəyyənlik ən yaxşı cavabdı. Niyə yaşadığını bilməyən insan niyə yazdığını niyə bilsin ki?!

# 1681 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
# # #