Körpəsini boğan ananın günahsızlığı

Körpəsini boğan ananın günahsızlığı
26 dekabr 2014
# 11:43

Bütün saytlar, qəzetlər Lənkəranda gənc ananın iki yaşlı övladını boğaraq öldürməsi xəbərindən yazır. Xəbərdə uşaq evində böyümüş gənc ananın həyat yoldaşı öldükdən sonra iki yaşlı övladı ilə çarəsiz qaldığı və sonda övladını öldürdüyü deyilir. Xəbərin altında yazılan şərhləri oxuduqda isə insan dəhşətə gəlir. Hər kəs ananı vicdansız, şərəfsiz adlandırır. Hər kəs onu qınayır. Bu cür şərhi yazanları müəyyən mənada anlamaq olur. Həyatda heç bir çətinlik günahsız uşağı öldürməyə haqq qazandırmır. Məni dəhşətə gətirən isə odur ki, heç kim məsələnin əsil mahiyyətinə, kökünə diqqət yetirmir. Əsil günahkarları heç kim qınamır.

Kimdir əsil günahkar?

Bu qadın harda böyüyüb, tərbiyə alıb? Uşaq evində. Uşaq evlərindəki şərait, psixoloji vəziyyət barədə uzun-uzadı söz açmaq istəmirəm. Hərçənd bu diqqət yetiriləsi ən böyük problemdir. Amma əlimizdə dəlil-sübut olmadan belə şeylər barədə yazmaq jurnalist etikasına ziddir. Mən hər kəsin diqqətini o evlərdən böyüyüb başa çatan yeniyetmələrin, gənclərin sonrakı taleyinə yönəltmək istəyirəm. Oradan məzun olanlar ən yaxşı halda satıcı, ofisiant işləyib kirayədə yaşayırlar. O da müəyyən bir vaxta qədər. Sonra bir gün həyatdan bezib Sevinc kimi edirlər. Pis halı isə özünüz düşün. Cinayət, gecə həyatı və s.

Qısacası... Əslində belə halların yaşanmasında fərdi şəxslər deyil, bu hallara göz yuman səlahiyyətli şəxslərdir. Əsil təhqirlərə onlar layiqdir. Başa düşürəm rahat villalarda yaşayıb, gecələməyə yeri olmayan kimsəsizlər barədə düşünmək o qədər də asan bir iş deyil.

Hörmətli millət vəkilləri sizə səslənirəm. Niyə uşaq evlərini bitirən şəxslərin sosial müdafiəsi ilə bağlı bir qanun layihəsi hazırlamırsınız?

İllərdir sizə uzadılan mikrofonlara bununla bağlı iş gedir deyirsiniz. Bəs hanı nəticə?

Həmin uşaqların icbari qaydada peşə təhsilinə cəlb olunması, məzun olduqdan sonra yaşayış yerləri ilə təmin olunmasını əks etdirən bir qanun layihəsi hazırlamaq o qədərmi çətindir?

İndi sizə səslənirəm əziz oxucular, kimdir günahkar?

24 illik həyatında bir gün belə xoş gün görməyib, övladının da onun kimi yaşamaması üçün yanlış addım atan Sevinc yoxsa, minlərlə Sevinc kimi kimsəsiz gənclərin sevincini kədərə çevirənlər, onların həyatına biganə yanaşanlar?

# 2515 dəfə oxunub

Oxşar xəbərlər

İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
# # #