Nə lesbiyəm, nə feminist, amma...

Nə lesbiyəm, nə feminist, amma...
14 oktyabr 2013
# 16:48

Rəfiqə Məmmədova yazır

Bu dəfəki yazımın mövzusu Facebookda təsadüfi rastlaşdığım iki misra barədi.

Sənin əllərin yoxdurmu qadın?
Hər “səni sevirəm” deyənə ayaqlarını açırsan

Bəli, iki misra və oxuduğum anda ağlıma gələn ilk qadın. Çox gözəl və gözəl olduğu qədər savadlı olan rəfiqəm. Xaraktercə kobud, aqressiv, bir o qədər də yaxınlarına qarşı mehriban olan bu əsrarəngiz qadın. Mən onu tanıyandan - hələ məktəb illərindən öz xəyalındakı qayğıkeş sevgilisinin axtarışındadır. Təəssüf ki, onu tapmaq xanım qıza hələ də nəsib olmayıb, amma cəhdlərini də dəyərləndirməmək haqsızlıq olar.

İlk məhəbbətini tapdığını düşündüyü anda ölkə mentalitetini, ailəsini, ətrafındakıları unudub bakirəliyini itirdi, düzü, qiyamət elə bundan sonra başladı. Doğrudur, bəzən mübahisələrdə ona haqq verirdim, iki sevən insanın mənəvi bağlılığın fiziki bağlılıqla möhkəmlənməsi, sevdiyi oğlanla sevişməsi və s. kimi hallar məni narahat etmirdi. Amma illər keçdikcə siqaret tüstüsündə məhv olan o gözəllik elə bil mənə gözlərimi açmağa kömək etdi. Hər dəfəsində aşiq olub, sevgilisi adlandırdığı şəxslə yatağa girməsi, hər dəfəsində yeni bağlılıqla özünü məhv etməsi, hər ayrılıqdan sonra qisas xarakterli tanışlıqlar qızın məsumluğunu simasından sildi sanki.

Məgər sevgi oyunlarının hər birində sevişmə hissəsi labüddürmü? Yox əziz xanımlar, qətiyyən. Uzun-uzadı siyahılar, qarmaqarışıq xatirələr sizi bir gün yıxar, məhv edər, özünüzə nifrət etmənizə gətirib çıxarar. Bəli, XXI əsr qurbanlarıyıq hamımız, bəli dünya sivilizasiyası, qondarma avropalaşma prosesi və baş verən dəyişikliklər hər birimizin həyatına burnunu soxur, amma bu bizə buraxdığımız hər səhvə haqq qazandırmağa və özümüzü yüklərdən azad etməyə kömək edəcək bir arqument deyil.

Sevin, demirəm sevməyin, hətta sevişin də. Amma həyatinizi alt-üst edəcək səhvləri buraxanda bircə dəqiqəlik düşünün. Buna dəyərmi? Bunu istəyirsizmi? istədiyinizdən əminsinizmi?
Baxın, uçuruma gedən münasibətləri xilas etmək üçün bir vasitə deyil seks, sizi sevməyən birini özünüzə bağlamaq üçün variant deyil. Gülərüzlə, xoş söhbətlərinizlə, mülayim xarakterinizlə, anlayışlı rəftarınızla qazana bilmədiyiniz adamı soyunaraq qazana bilməzsiz. Hə, yanınızda olar bir müddət.

Bəlkə də yeni bir seks partnyoru tapmadıqca uzun müddət yanınızda olar, amma onun sizə aşiq olmasına bu yolla nail olmaq 1945-ci ilin aprel ayında Hitlerin qələbəyə inanması və yeni cəbhə açmaq arzusu qədər absurddu.

Sizi sevdiyini inandığınız adama qollarınızı açın, onu bərk-bərk qucaqlayın və yalanlarını hiss etməyə çalışın. Nə qədər tez hiss etsəz, o qədər tez də özünüzü xilas etmiş olarsız. Yox, mən feminist deyiləm, lesbi də deyiləm, amma ağlınızı başınıza yığın, daha diqqətli olun, ucuz adamlarla böyük xəyallar qurmayın.

Buraxın özləri kimi ucuz insanlarla yarımçıq xoşbəxtliklərini yaşasınlar qucağınızın həsrəti ilə.

# 3215 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #