Əsədin təriflədiyi adam bədbəxtdir

Əsədin təriflədiyi adam bədbəxtdir
27 iyun 2013
# 11:36

Heç bilmirəm bu gecikmiş yazıya necə başlayım? Bəlkə başlamayım? Yox e, artıq gecdir. Ox yaydan çıxıb. Söhbət Əsəd Cahangirdən gedir.

O Əsəd ki dünən ədəbiyyata div sualı verib (Kim yatmış, kim oyaq?) bu gün cırtdanlıq edir. O Əsəd ki dünən dediyini bu gün, bu gün dediyini sabah, sabah dediyini isə o biri gün danır və özünə bu cür haqq qazandırır: “Dəyişməyən adam ölüdür!”. Mən tənqidçimizə belə bir sual vermək istəyirəm: “Bəs hər gün dəyişən adama nə deyirlər?”.

Əsəd Cahangir özü də bilmir nə edir, hansı işlə məşğul olur. Bəlkə də bilir, ancaq onun yürütdüyü ədəbi siyasət çoxdan qara qoçun belində qaranlıq dünyaya köç edib. Qəribədir ki, o hələ də qaranlıq işlərlə məşğuldur. Əsəd Cahangir ağzından süd iyi gələn və ağlı öz əlində olmayan bəzi cavanları “pis yola çəkib”, AYB üzvlüyündən imtina bəyanatı yazdırıb, sonra da mətbuatda “ağsaqqal-ağsaqqal”, “müdrik-müdrik” həmin adamları tənqid edir. Nədi-nədi Anar müəllimin yanında bir az hörmət qazansın.

Əsəd, nədir məqsədin? Doğrudur, mən də AYB üzvlüyündən imtina etmişəm, səbəbini də bəyanatımda göstərmişəm və bu mənim uzun müddətli düşüncəmdən sonra gəldiyim qənaətdir. Düzdür, Əsəd, sən gənc deyilsən, gələcəyin çoxdan keçib. Keçdiyin bu ömür yolunda heç vaxt bilmədin ki, AYB-yə girəndə Göyçaya girirsən, yoxsa Ağcabədiyə. Təbii ki heç özün də bilmirsən hara girirsən. Sual: “Əsəd, hara girirsən?”. Madam ki Göyçaya girə bilirsən, nooolar, bir dəfə də haqqa, ədalətə gir.

Əsəd, bəsdi bu saf cavanların əlindən tutub “gedək ötürüm səni” dedin. İmkan ver o cavanlar özləri anlasın ki, “kim yatmış, kim oyaq”dı. Və sonda Əsəd, sənin ədəbi camiəmizdə gün kimi aydın bir obrazın var: bu gün kimi tənqid edirsənsə, o adam sabah xoşbəxtdir, kimi tərifləyirsənsə, o da o biri günün bədbəxtidir.

# 1908 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
# # #