Çılpaqlıq olanda təcavüz də olmur

Çılpaqlıq olanda təcavüz də olmur
9 yanvar 2013
# 10:00

500 il əvvəl Amerika kəşf olunanda orada hinduların sayı 70 milyon idi.

İndi - yəni 500 il sonra Amerikada cəmi 120 min hindu qalıb.

Onların da yalnız 80 mini öz adət və ənənələrini qoruyub-saxlaya biliblər.

Qalanları belə də, üzü bu yana olanlardır...

Cənubi Amerikadakı hindu qəbilələrinin biri ilə bağlı sənədli filmə baxıram...

Meşədə ov etməklə, çayda balıq tutmaqla, torpağın altındakını qazıb çıxartmaqla və ağacdakını vurub salmaqla qidalanan insanların məişəti, həyat tərzi hətta Adəmlə Həvvadan da xeyli əvvəldəki kimi sadə və bəşəri idi...

Qəbilədə hamı bir qabdan eyni qidanı yediyi üçün kimsə zəhər barədə düşünmür. Analar uşaqlarını üstlərini buladıqlarına görə döymürlər, çünki paltar yoxdu bu cəmiyyətdə...

Hamı toy barədə düşünür. Yaxın vaxtlarda bir qızın toyu olacaq deyə. Film elə toyda da başa çatır...

Bütün cəmiyyət çılpaq olanda heç kim təcavüz haqqında düşünmürmüş demək...

Filmə baxdıqca bir daha o qərara gəldim ki, insan texnikanın yox (bütün bunları bizə məhz texnikanın yanında dayanmış insan göstərsə də), təbiətin yanında olanda daha çox insandır...

Arada bir yaxınlarınızla təbiətə gedin. Bir az daha çox insan olmaq üçün...

Demərəm hamılıqla soyunmaq lazımdır. Yox, əsla ! Biz paltarlı cəmiyyətdə əxlaqlılarıq... Sadəcə qəlbiniz, niyyətiniz bir-birinizə qarşı çılpaq olsa, eyni qabdan zəhər yeməklə də yaşamaq olar....

# 5644 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
# # #