Akif İslamzadənin “vor-zakon”luğu

Akif İslamzadənin “vor-zakon”luğu
2 oktyabr 2019
# 13:12

Akif İslamzadənin səsi həmişə mənə atamı, uşaqlığımı xatırladıb. Səsinin sehrinə düşməmək əldə deyil.

“Ala gözlüm”, “Hardasan”, “Ötən günlərimi qaytaraydılar” kimi mahnıları ilə musiqi tarixində qalacaq və yaşayacaq. Amma, ancaq, lakin...

Akif müəllimlə həmişə tanış olmağa can atmışam. Hər dəfəsində bir sorun çıxıb və bizim tanışlığımız təxirə düşüb. Elə yaxşı da tanış olmamışam. Onu sadəcə dinləmək daha xoş imiş. Səbəblərini növbəti abzaslarda biləcəksiniz. Əlinizə Raskolnikovun baltasını götürmədən yazıma diqqət edin.

Bu yazını yazarkən, qulaqlıqda Akif müəllimin mahnısını dinləyirəm: Ala gözlüm, səndən ayrı gecələr...

Video-müsahibəsində Akif müəllimi dəyişmiş, qocalmış, səsi batmış formada görürəm. Kədərlənirəm. Böyük səsin gücü öləziyib. Amma sənətkarın duruşu, səs tonu, düşüncələri mənə ağsaqqal nəsihəti verən bir adam təsiri bağışlayır. Sanki Akif müəllim hansısa həbsxananın “vor-zakon”udur. Yaxud da bir mafiya babası.

Deyir, qadınlarla kişilər heç vaxt bərabərhüquqlu ola bilməz. Cəhənnəmdə olanların əksəriyyəti qadınlardır. Bu nə düşüncədir? Belə qatı dindar, patriarxal yanaşma olar? Mən bu sözləri böyük sənətkara yaraşdırmadım.

İslamzadənin düşüncələrindən anladım ki, aşırı dindar, mühafizəkar insandır. Dünya hara gedir, nələr kəşf edir. Bizim sənətkarımız ana-bacı söhbəti edir. Qadınlara qarşı amansız qadağalar qoyur.

Səbəb?

Nədən?

Sənətkar deyir, qadınların elmləri ibtidai sinifdən o tərəfə keçmir. Bəli, ibtidai sinif müəllimləri ola bilərlər. …Cəhənnəmdə olanların əksəri qadınlardır.

Mən demirəm. Sənətkarımız belə buyurur.

Dünyada, həmçinin bizdə də böyük qadınlar olub. Bir şeylə razıyam ki, kişilər dünya üçün çox şey bəxş edib. İşığı, nisbilik nəzəriyyəsini, Tolstoyu, Kafkanı… Gerisini siz deyin.

Akif müəllim bir şeyi başa düşmür ki, sənətkar ruhani ola bilər, amma molla yox.

Belə bir sənətkarın ilin-günün bu vaxtı belə düşüncədə olması adamı lap dilxor eləyir.

# 4700 dəfə oxunub

Oxşar xəbərlər

Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
Jurnalistləri və saytları söyən adamlar

Jurnalistləri və saytları söyən adamlar

14:14 6 yanvar 2025
# # #