Elza Seyidcahan şeir yazmalıdır!

Elza Seyidcahan şeir yazmalıdır!
12 dekabr 2014
# 12:00

Qan TURALI

“Tərəfimizdən aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan poeziyasının əleyhinə fəaliyyət göstərən mütəşəkkil dəstə ifşa edilib. Müəyyən olunub ki, xarici qüvvələrin emissarı olan Qasımova Elza Nuru qızı (Seyidcahan) xarixi xüsusi xidmət orqanlarının tapşırığı və təhriki ilə poeziyamızı məhv etmək missiyasını yerinə yetirməyə başlayıb. Onun yazdığı bir neçə şeir Azərbaycan poeziyasına qarşı psixoloji müharibənin əsas artilleriya qüvvəsinə çevrilmiş, qısa bir zaman içində Nəsimi və Füzuli poeziyası sarsıdıcı zərbələr almışdır”

Facebookda Elza xanım haqda yazılan şərhləri görəndə könlümdən bu abzasla başlayan hekayə yazmaq da keçdi.

Lakin, gəlin, ağlımızı başımıza yığaq.

Elza Seyidcahan nə edib?

Şeir yazıb.

Sonra?

Şeir yazıb.

Daha sonra?

Yenə də şeir yazıb.

Sonra?

Bu qədər!

Adamı şeir yazdığına görə bu qədər təhqir edərlərmi?

Hətta ağlı başında olan adamlar belə bu vurhavura qoşulublar.

Elzanın günahı şeir yazmaqdı.

Pis şeir də yaza bilər.

Çox ola bilsin ki, şeirləri pisdir.

Amma nə olsun?

Kiminsə şeirinimi oğurlayıb?

Yox!

Deyib ki, Nizami Gəncəvi yalandır, “Şeirdən ucalıq umma dünyada / Çünki Elzayla qurtardı o da” misralarını yazıbmı?

Əli Kərim kimi deyibmi ki, “Hələ neçə dəfə doğulacağam?”

“Aləmdə səsi” qalıbmı?

Yox.

Bəs neyləyib?

Şeir yazıb.

Qıraqdan baxan da bunu yazanların poeziya aşiqi olduğuna iman gətirəcək.

Bu gün bizim gəzdiyimiz Bakı küçələrində Məhəmməd Hadi öz şeirlərini satırdı.

Bu gün heykəlini qoyduğumuz Sabiri Şamaxıdan perik salmışdılar, adama nə sabun düzəltmək üçün xammal satırdılar, nə də sabununu alırdılar.

Bunlar tariximizin qara ləkələridir və bu ləkələri biz xalq kimi öz alnımızda daşıyırıq. Nöqtə!

Elzanın yazdığı şeirlərlə poeziyamız böyük zərbəmi aldı?

Yenə deyirəm, bu şeirlər zəif ola bilər, bayağı ola bilər, lakin bu ədəbiyyatda azmı zəif şeir görmüşük?

Əlində beş yaxşı şeiri olmayan Xalq Şairləri görmüşük, nəyin davasını aparırsınız.

Qıraqdan baxan da sizi poeziya xiridarı sayacaq.

Halbuki şeir kitablarının tirajı yerlərdə sürünür.

Siz Allah bu riyakarlığa son qoyun və yadınıza salın ki, axırıncı dəfə nə zaman şeir kitabı almısınız.

# 1749 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #