Tələbə xanımları şərti olaraq bir neçə qrupa bölmək olar: ali təhsil müəssisəsinin diplomuna cehiz kimi ehtiyacı olan xanımlar, instituta varlı ər tapa bilmək arzusuyla yollanan xanımlar, karyera quracağı, işgüzar xanım ola biləcəyi ümidiylə oxuyan, ancaq dördüncü kursa hamilə halda gələn xanımlar və uğurlu iş həyatı qurmağa nail ola bilən xanımlar.
Əvvəlcə dikdabanda hərəkət etməyə çətinlik çəkən, axsaya-axsaya gəzən, ictimai nəqliyyat vasitələrində hər kəsi öz qeyri-adi makiyajı və ya qəhqəhəli gülüşləri ilə təəccübləndirən, rayondan gəlib azadlığına qovuşan ev xanımlarından danışaq.
Bu xanımlar tez-tez rast gəlinən və dərhal diqqəti cəlb edən tiplərdəndir. Bilirsiz, gəlin səmimi olaq, rayonlardan və ya uzaq kəndlərdən Bakıya təşrif buyuran müvəqqəti qonaq olan bu xanımlar qoyun-quzudan, tövlədən, dağ-çəməndən, “abır-həyadan” uzaq olan bir şəhərə(adətən ailəsiz) gəlirlər və özlərini Parisdə hiss edirlər. Burdakı həyat daha maraqlı, daha rəngli, daha həyəcanlı görünür. Onlar artıq valideynlərindən çəkinmədən açıq-saçıq geyinə, gec saatlarda evə qayıda, baxışıb tanış olduqları oğlanlarla rahat zəngləşə, gəzişə bilirlər. Əyinlərində partlamağa hazır vəziyyətdə olan cinslər, sinələrini daha qabarıq, daha cəlbedici göstərə bilən köynəklər, üz cizgilərini məhv edən cəlbedici makiyajla diqqət mərkəzində olmaqlarından xüsusi zövq alırlar.
Onların da həyata baxışları, gələcəklə bağlı planları var əlbəttə. Müəllimlərlə “dil tapıb” qiymətləri yoluna qoymaq, ərə getmək, evdə bozbaş bişirərək serial izləmək, gecəyarısı evə gələn həyat yoldaşını gülərüzlə qarşılamaq, doğmaq, kökəlmək və s. Onları seçmək çətin deyil, idarə olunmağa meylli, ətrafda sahiblərini axtaran intizarlı baxışlar, qarşı cinsin gözünün içinə baxaraq qəhqəhə çəkən, hətta bəzən rəfiqəsini yüksək səslə danlayan xanımlar.
Siz heç xanımların söhbətlərinin şahidi olmusuz? Bilirsiz xanımlar tək qalanda nələrdən danışırlar? Kiminsə geyimindən(birmənalı şəkildə hamısı!),yeni endirim edən mağazalardan, münasibətdə olduqları oğlanların intim söz atmağından, sevgililərinin dostlarından(!), onların sürdükləri “inomarkalar”ın müqayisəsindən, trenajor zalındakı seksual müəllimdən və ağlınıza gəlməyəcək bir çox şeylərdən. Hətta qarşılarındakı tanımadıqları oğlanın xəyali çılpaq görünüşündən belə. Xanımlar iki qrupa bölünür: bütün şəxsi müşahidələrini, macəralarını toxunuşlara, baxışlara, səslərə qədər hər şeyi rəfiqələriylə bölüşən xanımlar. İkinci qrup xanımlar isə düşündükləri, yaşadıqları, gördükləri hər şeyi sirr olaraq saxlayan xanımlardı. Bu xanımlardan qaçmaq lazımdı, onları heç sevmirəm və ətrafımda olmalarından narahatlıq duyuram. Bu xanımlar bakirə obrazlarını ictimai mühitdə qoruyaraq gələcək ailə həyatlarını sığortalayırlar. Yaşamağın mənasını gələcək ailə həyatına, doğacağı uşaqlara, milli dolmaya və kulinariyaya həsr eləməkdə görən xanımlardan başqa bir qrup təhlükəli xanımlar da var. Bax, bu xanımlar karyera, hakimiyyət, güc uğrunda nəyinki ətrafındakıları, özlərini də satmağı gözə ala bilənlərdi.
Təsvir bədii əsərlərdəki mənfi obrazların təsvirinə bənzəsə də bu xanımlara xüsusi rəğbətim var. Doğrudur, maddi aləmdən bu qədər asılılıq absurddur, amma buna puldan yox, məqsədlərdən(seçilməsində yanlışlıqlara yol verilsə də) asılılıq kimi də baxa bilərik.
Atamın bir sözü yadıma düşdü. Təsəvvür elə ki 150 minlik maşının, kiminsə evinin qiymətindən baha qol saatın, “Dolce Gabana” qiyafənlə səhranın ortasındasan. Sənə lazım olan 20 qəpiklik sudu, amma bu vəziyyətdə nə “inomarka”n, nə “Dolce Gabana”n, nə də saatın sənə kömək edə biləcək. Bax, onda sən əşyaları öz adlarıyla adlandırmağı öyrənəcəksən. Sən “Bentle”yə 4 təkər üstündə dəmir, “Dolce Gabana”na bez parçası deyəcəksən. Nə demək istədiyimi başa düşürsünüz maşınına, maddi durumuna görə özünə həyat yoldaşı, sevgili seçən xanımlar? Yəqin ki yox. Sizin o balaca beyninizə çox təzyiq göstərmək, sizə mənəviyyat dərsi keçmək fikrim də yoxdur.
Danışmaq çətindir. Ay gələcəyin anaları, bilirsiniz nədir analıq? Tatulu, pirsingli, rəngli başlı analar. Özüm də daxil olmaqla heç bir rəfiqəmi ana kimi təsəvvür edə bilmirəm. Prinsipcə “krutie mamı a deti budut eshe kruchee”))
Tələbə xanımlar
2 noyabr 2012
08:00
5023 dəfə oxunub
Oxşar xəbərlər
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə
15:00
26 avqust 2024