Qurban Qurbanovun yalnızlığı

Qurban Qurbanovun yalnızlığı
5 sentyabr 2014
# 11:58

Nail Nurəddinoğlu

Baxıram, indilərdə hamı Qurban Qurbanovla şəkil çəkdirir. Mənim Qurban müəllimlə şəklim yoxdu... Amma bir xatirəm var.

4 ilin söhbətidi. Komandada (müəllif Tovuzun “Turan” futbol klubunun vitse-prezidenti olub - red.) legionerimiz var idi, "Qarabağ"la kubok oyunu öncəsi ikisini qovmuşduq. Yerli uşaqlar qalıb. Yaş ortalaması 20. Səfərdə oynayırıq. Stadiondayıq. "Razdivalka"da. Oyuna dəqiqələr qalıb. Uşaqlar sönüb. Baş məşqçimiz Revaz Dzodzuaşvili rusca asta-asta nəsə danışır, uşaqlar yuxulayır... İman da bayaqdan beynimin ətini yeyir ki, a Nayil məllim, sən jurnalist olufsan, Qurban səni eşidər, bir desaan, az vursunlar.

Bezdim. Çıxdım bayıra, gördüm Qurban müəllim stadionun həyətində gəzişir. Yaxınlaşdım. Hal-əhval tutdum, yüngülvarı söhbət, arada zarafata söz atdım ki, Qurban məllim, bizimkilər hamısı cavan uşaxlardı, az vurun ha. Dedi, əla komandanız var, bilmək olmaz kim udacaq...

Futbolda buna centlmenlik deyirlər. Güclü komandanın baş məşqçisi zəifləri tərifləyir. Nə isə, bir az da ordan-burdan danışdıq. İman da pəncərədən boylanır.

Qayıtdım. İman soruşdu ki, nə dedi, razı sala bildinmi? Dedim, yox, amma sizə qavaldaşın sirrini gətirmişəm! Girdim "razdivalka"ya - hamısı tovuzlu - dedim, ayə, Qurban Qurbanov deyir ki, o baxça uşaxların nəə gətirifsız bırya?! Uşaqlar dəli oldular. İçəridə nərə çəkən kim, divarı yumruqlayan kim... Dzodzuaşvili də bizim dili bilmir, tərcümə eləyən də yoxdu, bunlara baxıb elə bilir ki, bilmədən nəsə yaxşı söz deyib, uşaqlar ona görə coşublar. İndi bu da qoşulub onlara rusca "Mı im pokajem!"-zad deyir...

Oyun başladı. "Qarabağ" indi vurar, bu dəqiqə vurar, birinci taym qurtardı. Qol yoxdu. Hamı əmindi ki, "Qarabağ" ikinci hissədə vuracaq. Dəqiqə oldu 90, qol yoxdu. Əlavə vaxt - 0:0. Penallar... Udduq...

Oyundan sonra sponsor dedi, komandanı götür, gəlin otelə, qələbəni qeyd eləyək...

Stadionu tərk eləyəndə baxdım ki, Qurban məllim meydanın mərkəzində təkcə dayanıb...

Məğlubiyyətin yalnızlığı idi bu.

# 5177 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #