Xuduoğlunun “güllələnməsi”

Xuduoğlunun “güllələnməsi”
9 iyun 2011
# 12:31

…Yox, qətiyyən inanmazdım. İnanmazdım ki, «bir qrup siyasətçi, ziyalı, tanınmış jurnalist» yığıncağının bəyanatı Şahbaz Xuduoğlu ilə Əli Əkbər arasındakı narazılıqla bağlı olsun. Axı nə baş verib? Əli Əkbər Şahbaz Xuduoğlunu ittiham edir ki, dükanlara onun müəllifi olduğu «10-15 kitabı satmaq üçün» paylayıb. Mətbuata eynən belə də deyib: «Kitabın yenidən çapa hazırlandığı barədə sosial şəbəkələrdə elanlar getdi. Bundan sonra Şahbaz Xuduoğlu 5 il əvvəl mətbəəsində çıxan və anbarında saxladığı 10-15 ədəd ”93 Tanrıların qürubu" kitabını yenidən “Əli və Nino” mağazalarına verib satdırır. O, yazarların 5-3 manatına möhtac adamdır. Etiraf edim ki, insanlar gəlib o kitabları alıblar. Bu da onun səviyyəsi, siması, əxlaqı».

Şahbaz Xuduoğlu da deyir ki, əgər Əli Əkbər özü dediklərinə özü inanırsa, onda məhkəməyə müraciət eləsin və haqqını tələb eləsin. Nəşriyyat rəhbəri həmçinin (məhz nəşriyyat rəhbəri kimi) bəyanat verir. Və indiyə qədər cənab Xuduoğlunun bütün təkziblərinə baxmayaraq işin əslində nə yerdə olduğu ilə maraqlanmayan «bir qrup siyasətçi, ziyalı, tanınmış jurnalist» birdən-birə bəyanatdakı «Azəriqazbankın (AGB) İctimai əlaqələr departamentinin rəhbəri Ələkbər Əliyev (Əli Əkbər)» sözlərinə qəzəblənərək bu son dərəcə «vacib», «həyati əhəmiyyətli», «ədəbiyyatımızın ölüm-qalım məsələsiylə» bağlı ictimaiyyətə bir bəyanat tolazlayırlar. Özü də qəzəbli etiraz bəyanatı. Onları «tərəflərdən birinin öz opponentini onun iş yeri, ailə üzvləri və çevrəsi ilə şantaj etməsi, arqumentlər tükəndikdə “qurşaqdan aşağı” zərbələr endirməyə cəhd göstərməsi» qəzəbləndiribmiş…

Ancaq şəxsən mən bu qəzəbin səbəbini anlamadım. Axı, kiminsə harada işlədiyini yazmaq niyə şantaj olsun? Hə, o artıq başqa məsələdir ki, Şahbaz Xuduoğlunun adıçəkilən bankdan hansısa izahat tələb eləməsinin heç bir hüquqi əsası yoxdur. Ki, bu barədə də adıçəkilən bankın açıqlamasını qayət normal qarşılamaq lazımdır. Bankımız bildirir ki, son günlər gündəmə gələn yazıçı-naşir qarşıdurmasında adının hallanması, «Qanun» nəşriyyatının onlara aidiyyəti olmayan məsələlərə dair izahat tələb etməsi başadüşülən deyil və çox güman ki, bu, hansısa texniki yanlışlıqdan irəli gəlir. Və AGBank rəsmən bildirir ki, orada “İctimaiyyətlə Əlaqələr Departamenti” adlı bir departament mövcud deyil və onun da Əli Əkbər adlı əməkdaşı yoxdur. Bax bu oldu tərəfsiz və təmiz açıqlama. Beləliklə, Əli Əkbər Şahbaz Xuduoğlunu 10-15 kitab satıb varlanmaqda ittiham eləyir, Şahbaz Xuduoğlu də dəfələrlə təkziblərdən yorulub, axırda rəsmi bəyanat yayır və yazarın harada işlədiyini də bəyanata əlavə eləyir, onlarda «Əli Əkbər» adlı əməkdaşın çalışmadığını bildirən bank da açıqlama verib bu dava-dalaşın onlara dəxli olmadığını rəsmi şəkildə bəyan edir. Birinci tərəf bəlli, ikinci tərəf aydın, üçüncü tərəf də öz yerində, dördüncü, yəni «bir qrup siyasətçi, ziyalı, tanınmış jurnalist» ad çəkməsə də, işarələrlə Şahbaz Xuduoğlunu şantajda niyə ittiham eləsin? Özü də məxsusi artırmalarla. Axı, cənab Xuduoğlu bəyanatında kimisə «ailə üzvləri və çevrəsiylə» şantaj etmir, arqumentləri tükənən kimi görünmür, «qurşaqdan aşağı zərbə»yə də cəhd göstərmir. Bəyanat müəllifləri çox istəyirlər ki, bu «10-15 kitablıq dava-dalaş» «sülh və qarşılıqlı anlaşma şəraitində» həllini tapmalıdır. Ancaq bu «vacib məsələ»ylə bağlı 20 nəfərin imzası olan bəyanatda müəlliflərin «anlaşma şəraiti»ndən daha çox «tərəftutma şəraitinə» üstünlük verdikləri açıq-aydın görünür. Yoldaşlar ziyalılar arasındakı bu «qırğından» belə narahatıydılarsa, niyə əvvəlcədən ya Əli Əkbərə, ya Şahbaz Xuduoğluna demirdilər ki, qardaşlar, bir-birinizi qırmayın, 10-15 kitablıq dava bizə yaraşmaz? Gərək elə AGBank məsələsi ortaya düşəydi? Ya da bəyanat verən yoldaşlar Şahbaz Xuduoğluna məsləhət eləyəydilər ki, Əli Əkbərin 10-15 kitabının pulunu versin, məsələlər bitsin qurtarsın. Mən inanıram, yəqin, Şahbaz Xuduoğlu da bu vur-çatlasından o qədər canı boğazına yığılıb ki, ittihamları puç və mənasız adlandırmasına baxmayaraq, davası gedən 10-15 kitabın pulunu beşqat Əli Əkbərə ödəyərdi…

İndi mən Əli Əkbərin Şahbaz Xuduoğlu haqqında dediyi «o, yazarların 5-3 manatına möhtac adamdır. Etiraf edim ki, insanlar gəlib o kitabları alıblar. Bu da onun səviyyəsi, siması, əxlaqı...»
sözlərini bir daha xatırlayıram və bəyanat müəlliflərinin bəyanatına baxıram. Gərək «bir qrup siyasətçi, ziyalı, tanınmış jurnalist» Əli Əkbərin bu təhqirindən sonra məlum bəyanatı verəydilər. Bax, onda onların guya 10-15 kitablıq tələbdən doğan davanın «anlaşma şəraiti»ndə həll olunmasını səmimi qəlbdən arzuladıqlarına inanardım. Yoxsa, indi atılan bütün addımlar ən ağlagəlməz tərəflərdən Şahbaz Xuduoğlunun ən ağlagəlməz və ağlagələn ittihamlarla «güllələmək» anlamından başqa heç nəyə gəlmir. Bir adama bu qədər düşmən kəsilmək olmaz… Hamıya sülh və qarşılıqlı anlaşma şəraiti arzusuyla…

# 2858 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #