Azərbaycanlı rejissor beynəlxalq film festivalında mükafata layiq görüldü

Azərbaycanlı rejissor beynəlxalq film festivalında mükafata layiq görüldü
13 oktyabr 2025
# 11:37

Azərbaycanlı rejissor Suad Qaranın ötən həftə Özbəkistanın Buxara Biennalesində təqdim olunan yeni filmi Neapolda keçirilən “Pianeta Mare Film Festivalı”nda Gənc Münsiflər Heyəti tərəfindən “Xüsusi Fərqlənmə” mükafatına layiq görülüb.

Kulis.az xəbər verir ki, qısametrajlı film Xəzər dənizinin su səviyyəsinin sürətlə azalmasının nəticələrini poetik dillə tədqiq edir. Azərbaycan, Böyük Britaniya və İtaliyanın birgə istehsalı olan ekran işi Zeitgeist19 Fondu tərəfindən istehsal olunub.

Filmin rejissoru Suad Qara, ssenari müəllifləri Suad Qara və Almagül Menlibayeva, prodüseri Fərəh Piriyə Koen, bəstəkarı Eucenio Mazzetto, operatoru Alisa Tareliçeva, montaj rejissoru isə Rinat Bekçintayevdir.

Məlumat üçün bildirək ki, “Pianeta Mare Film Festivalı” hər il İtaliyanın Neapol şəhərində keçirilir. Festival okean, su və ətraf mühitin davamlılığını araşdıran filmləri təqdim edir. O, Avropanın aparıcı dəniz tədqiqat institutlarından biri olan tarixi Stazione Zoologica Anton Dohrn ilə əməkdaşlıqda yaradılıb və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsi (SDSN) tərəfindən dəstəklənir.

Festival kino, elm və ekoloji fəallıq arasında körpü rolunu oynayaraq, innovativ hekayə və vizual dil vasitəsilə dəniz biomüxtəlifliyi, iqlim dəyişikliyi və təbiətlə insanın kollektiv əlaqəsini əks etdirən beynəlxalq filmləri təqdim edir.

# 1713 dəfə oxunub

Oxşar xəbərlər

İzabel Yüpper süni intellekt qorxusundan danışdı:  "Hələ ki, ekrandakı öz üzümdür"

İzabel Yüpper süni intellekt qorxusundan danışdı: "Hələ ki, ekrandakı öz üzümdür"

12:02 12 oktyabr 2026
"Oskar" tarixində ilk:  Oliviya Uayld yeni rekorda imza atmağa hazırlaşır

"Oskar" tarixində ilk: Oliviya Uayld yeni rekorda imza atmağa hazırlaşır

16:45 10 oktyabr 2026
"Netfliks"in qalmaqallı serialı üçüncü mövsümlə qayıdır:  "Ovçu qadınlar"da oyun qaydaları dəyişir

"Netfliks"in qalmaqallı serialı üçüncü mövsümlə qayıdır: "Ovçu qadınlar"da oyun qaydaları dəyişir

13:30 8 oktyabr 2026
"Disney+"dan Asiya bazarına böyük hücum:  Qlobal layihələr, animelər və iddialı planlar

"Disney+"dan Asiya bazarına böyük hücum: Qlobal layihələr, animelər və iddialı planlar

13:00 8 oktyabr 2026
"Sosial hesablama" niyə "Sosial şəbəkə"nin kölgəsində qaldı?

"Sosial hesablama" niyə "Sosial şəbəkə"nin kölgəsində qaldı?

12:30 8 oktyabr 2026
Məşhur aktyor "ChatGPT"dən imtina etdi - Səbəb

Məşhur aktyor "ChatGPT"dən imtina etdi - Səbəb

11:40 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər