Fahişələri qısqanan kişilər

Fahişələri qısqanan kişilər
14 avqust 2013
# 11:58

Elməddin Süleymanov yazır

01. Yatağın divar tərəfi.

Sevgili Natalie. Sizinlə süləndiyimiz küçələrin səhəsini kiçildiblər. İndi o küçələrdə təmir işləri gedir. Və bütün xatirələrə verdikləri zərər üçün üzr istəyirlər.

Uşaqlığınızın oğurlandığı şəhər qışı yaşayır. İşıqları 8-dən sonra sönən bütün evlərin ortaq taleyi kimi; corabın bir tayını pəncərənin boşluğuna sıxışdırıb, üşüməmək üçün çalışırıq.

Mənə bir az uşaqlığınızdan danışın.

Siz keçmişini təqlid edən qadınlardan sayılırsınız. O qadınların evi birnəfərlik yataqlardan, damları isə yunu daşlaşmış yorğanlardan ibarətdir. Siz bir nəfərlik yatağınızda, öpüşmə, hıçqırıq və intihar təqlidləri ilə böyüyürsünüz.

Və bütün yuxarıda bəhsi keçən hadisələr, yatağın divar tərəfində baş verir.

Bəlkə də…

02. Smoke gets in your eyes

Dəliliyin ilk əlaməti təqvimi qarışdırmaqdır. Daha sonra saatları, bir müddət sonra dəqiqələri və ən son qadınları. Qadınlar dəliliyin ilk simptomlarıdır.

Uzun sözün qısası: Dəli olurdum.

Saqqalımı qaşıyaraq, Allahın unutduğu bir bara girdim. Bir az sükut, ağlayan bir kişi, tanımadığım bir qadın və Miles Davislə qarşılaşdım.

Kişi qadınından bir şans daha istəyirdi. Qadın isə əsrlər boyu gecikməyən cavabı kişiyə qaytarırdı: “Yox”.

Fərq etməz. Bu cazın susdurulması üçün yetərli sübut sayılmayacaqdı.

Kişilər səhv etmirəmsə itirməyə yaxın olduqları anlarda, səmimi insanlara çevrilirlər. Amma heç bir qadın buna inanmır. Çünki qadın inanmadıqca qadınlaşır.

Gecənin dərinliyi cavabsız qalacağı hər halından bilinən sualla sərhədlənir:

“Qadın göz yaşlarına inanmır?”

Kişi oturduğu masadan qalxaraq qapıya tərəf hərəkət edir. Bir siqaret yandırıb, qadının yerə zillədiyi baxışlarını axtarıram. Xatirələri fikirləşir. Depressiyaya girib-girməyəcəyini. Dırnaqlarını tutub-tutmayacağını. Hər şey yaxşıdır. Qadın üçün silmək asandır.

Həmişə olduğu kimi:

“Tanrının qadın olması haqqında ciddi şübhələrim var”

Masaya yaxınlaşıb çiyninə toxunuram. Diksinmir. Baxışlarını yerdən qaldıraraq sifətimə baxır.

Və “Bir kişi ağlamağı bacarırsa deməli böyüyüb” deyir.

Saqqalımı qaşıyaraq, stolun kiçik bir hissəsini zəbt etmiş qəhvə ləkəsinə baxdım.

- “Viski” bağırdı. Səs tonunda cazı susduracaq qətiyyət var idi.

Viskisini yarımçıq içərək yuxulamağa başladı.

Yuxuya getmiş qadına baxmaqla kişisini itirdikdən sonra xatirələrini yada salan qadına baxmaq arasında fərqlər olmalıdır deyə fikirləşdim.

Çünki, təkliyinə uduzan insanları tanıyırdım.

Onlar heç yaxşı görünmürdülər.

03. Dejavu.

“tək gəzəcəyiniz küçələr ayırın gələcəyinizə”

04. Paltar qarışıq.

Bir fahişənin yadda qalan tək xatirəsi, pul qarşılığında sevişmədiyi kişilərdir. Və o fahişələr, onları qısqanan bütün kişiləri atalarının yerinə qoya bilərlər. O gecələr üçün kişilər bunu xatırlamayacaq qədər sərxoş və romantik olurlar...

Bütün yatdığım fahişələri qadın kimi günahlandırdım...

# 3409 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #