Araq içib maşın sürən qadınlar

Araq içib maşın sürən qadınlar
25 fevral 2015
# 09:06

Qadınsansa, otur evdə, ancaq doğ. Qız nədi, oxumaq nədi? Qız hara, Bakıya oxumağa getmək hara? Qız nədi, filan sənətin dalınca getmək nədi?

Bu cür cümlələri Azərbaycanda hər bir qadının qulaqları azı bir dəfə eşidib. Bəzilərininki min dəfə. Bəzilərininki hər gün eşidir. O günləri də məşhur bir filosof-tarixçidən eşitdilər: “Qadın ancaq doğulub və doğmaq üçün yaranıb. Təbiət ona başqa heç bir funksiya verməyib. Bu fikir çoxunun acığına gəlir. Ancaq bu bir elmdir. Neçə yüz il qabaq qadın və kişinin beynini çəkiblər. Beyinin çəkisi kişilərdə orta hesabla 1 kilo 600 qram, qadınlarda isə 1 kilo 200 qram gəlib. Qaradərililərdə də belədir. Onların beyni orta statistik avropalının beynindən azdır”.

Bu cümlələri oxuyanda öz-özümə güldüm ki, o günləri Elmlər Akademiyasının (təəssüf adı yadımda qalmadı) Yer kürəsi fırlanırsa, necə olur ki, bəzi ölkələrdə altı ay gecə, altı ay gündüz olur deyən alimi də kişi xeylağı idi.

Bəli, bu sübut olunub ki, qadın beyni kişi beynindən 10 faiz kiçikdir, amma ABŞ Elmlər Akademiyasının alimlərinin son araşdırmalarına görə bu fərq beynin intellekt səviyyəsinə təsir etmir. Yaşa dolduqca, əksinə kişi beyni qadın beynindən tez kiçilir. Sadəcə qarşıya qoyulmuş hər hansı məsələnin həllinə yanaşmada kişilər və qadınlar beyinlərinin müxtəlif hissələrindən istifadə edirlər. Bu da müəyyən fərqlər yaradır. Birində hər hansı sahədə olan qabiliyyətin digərində az, yaxud çox inkişaf etməyinə gətirib çıxarır. Elmi məqalə yazmaq niyyətində deyiləm, internetdə qadın və kişi beyninin fərqinə dair çoxlu yazılar var, oxuya bilərsiniz.

Məncə, ictimai mövqeyə sahib adamlar xüsusən qadın və kişi ayrı-seçkiliyinə yol açmayacaq cümlələr qurmalıdırlar. Nitqlərinə diqqət eləməlidirlər. Nəzərə almalıdırlar ki, bizim cəmiyyətimizdə qadının vəziyyəti onsuz da çox çətindi. Hər addımda aşağılanan qadınlara ictimai mövqeyi olan kişilərdən, ziyalılardan dəstək gəlməlidir. Bir ziyalının qadın ancaq doğmaq üçün yaradılmışdır, onun bu dünyada başqa heç bir funksiyası yoxdu deməyi nə qədər doğrudu? Və sizi inandırım ki, təhsilli, savadlı kişilər arasında bu cür düşünənlərin sayı-hesabı yoxdu. Televiziyaya çıxan, söz haqqı verilən bir adam bir də görürsən elə cümlə işlədir ki, quruyub qalırsan. Məsələn, kişiyə xəyanət olar, kişi xəyanət etsə, qadın bağışlamalıdı kimi cümlələri televiziyadan hər gün eşidirik. Qadındı, çıxardırlar efirə, dərdini danışır, el birliyi ilə düşürlər üstünə ki, qadına bu şey yaraşmır, o şey yaraşmır. Azərbaycan qadınısan, filan-bəsməkan.

Yol polisləri içkili qadını sükan arxasında tutmuşdular. Bunu efirə elə hay-küylə verdilər ki, ay aman, qadın içkili halda maşın sürüb. Azərbaycanda hər gün içkili halda sükan arxasında tutulan yüzlərlə kişi var.

Qadını Allah qabırğadan yaratdı. Qadın ancaq doğmaq üçündü. Qadın oxumaz, idmanla məşğul olmaz. Sevməz, sevilməz. Qadının ona haqqı yoxdu, buna haqqı yoxdu. Beyni kişi beynindən kiçik ölçüdədi. Qulağımız daha nələr eşitmədi? Kişilərin ayaq ölçüləri də qadınların ayaq ölçülərindən böyükdü. Onların ayaqlarıyla daha yaxşı yerimək olurmuş, xəbərimiz yoxmuş.

Cəmiyyətimizdəki qadın-kişi ayrı-seçkiliyinə son vermək lazımdı. Son vermək lazımdı ki, kişilər qadınları aşağılamaq, təhqir etmək, istismar etmək, döymək, öldürmək haqlarına sahib olmadıqlarını anlasınlar.

# 1758 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #