İsa Hüseynovun uğursuzluğu

İsa Hüseynovun uğursuzluğu
18 oktyabr 2016
# 10:50

Kulis.az Şərif Ağayarın “Səhər sayıqlamaları” essesini təqdim edir.

Kitablar insana rəngarəng duyğular bəxş edir.

Misal üçün, Edqar Ponun “Şüşədən tapılmış əlyazma” hekayəsini oxuyanda bir anlıq düşünürdüm ki, Yer planeti də kainatın boşluğunda yolunu azmış gəmidir.

Hara gedir, niyə gedir, necə gedir heç kim bilmir.

Bəlkə bir gün bu “gəmi”dən də bizim yaşantılarımızı, başımıza gələnləri əks etdirən “əlyazmalar” tapılacaq.

Bəzənsə, düşünürəm ki, o məşhur zen-buddist əhvalatdakı kimi, yaşadığımız sivilizasiya kiminsə yuxusu, ya da xəyalıdır.

Zaman-zaman xəyal və yuxuyla reallıq arasında bərabərlik işarəsi görəndə, bu qorxulu qənaətim daha da dərinləşir.

Güman ki, tanrı deyilən o dərkolunmaz qüvvənin xəyalı, ya da yuxusuyuq.

Dərin və hüdudsuz təxəyyül məhsuluyuq.

Üstəlik bu təxəyyül içində təxəyyül qurur, işi daha da qəlizləşdiririk.

Ümumiyyətlə, mətnə inanmaq adamı istər-istəməz mistikaya aparır.

Böyük ədəbiyyatsa, mənim qənaətimcə, mətnə inanmaqdır.

Ancaq təxəyyüllə reallıq (oxu: insan təxəyyülü ilə tanrı təxəyyülü - Ş.A.) arasındakı sərhədi itirmək olmaz.

Yoxsa, elə yenə Edqar Ponun başqa bir - “Qayalı dağdakı hadisə” hekayəsinin qəhrəmanına çevrilərik.

Bizdə, mətnə inanıb yolunu azan, özünü itirən qələm adamlarının peyğəmbəri İsa Hüseynovdur.

Fantast yazıçı yazdığına inanmadığını hiss elətdirir.

Magik yazıçı, sanki özü inanır, amma müəllif kimi həmişə mətndən kənardadır.

İsa Hüseynov isə öz magiyasına, mistikasına, metafizikasına şübhə etməyərək mətnin içinə obraz kimi girir.

Məncə, ustad yazıçının son mətnlərindəki uğursuzluğun əsas səbəbi budur.

Əgər biz doğrudan da tanrı deyilən o böyük qüvvənin təxəyyülüyüksə, tanrı özü bu təxəyyülün içində deyil, ondan kənardadır.

İşin qəliz yanı da budur.

Adam özünü lap təcrübə siçanı kimi hiss edir.

P.S. Səhər işə gələndə metroda bu barədə düşünürdüm, qəfil qatarın işıqları söndü, qaranlıq tunelin allaq-bullaq lampaları adamların üzünə düşüb çəkildikcə narahat sifətlər görünüb itirdi. Elə bil hamı Edqar Po oxumuşdu.

# 1548 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #