Təkamülü də Allah yaradıb

Təkamülü də Allah yaradıb
2 may 2016
# 12:18

Ayxan Ayvaz

- Sənin təkamül nəzəriyyəsindən xəbərin var?

- Hə eşitmişəm, Darvindir nədir, onun fikridir da.

- Təsəvvür eləyirsən, şimpanzelər güzgüdə özlərini tanıya bilirlər, bizim kimi ət yeyirlər.

- İndi nə demək istəyirsən?

- Bizim şimpanzelərlə qohumluğumuz var.

- Şimpanze özünsən, ə. Danışığına fikir ver. İndi atan, anan meymundu?

- Tək özümü demirəm e. Bütün insanları.

- Vızqırd, a kişi. Başına hava gəlib sənin. Dostum olmasan, sənə birini ilişdirərdim, özüm ölüm. Axmaq-axmaq danışma. Biz Adəmnən yaranmışıq. Yadına düşmür, məscidə gedib dua elədiyimiz günlər? Hanı sən deyirdin ki, Allah birdən yaradıb insanı.

- Elmlə dini qarışdırma da. Sən indi namaz qılırsan deyə mənə əsəbiləşirsən...

- Yox e, sən niyə dindən uzaqlaşdın ki? Darvin oğraşa görə?

- Məni həmişə bu düşündürürdü. Din eləcə sənə deyir ki, hər şeyi yaradan Allahdı. Ancaq kainat heç nədən, birdən-birə yarana bilməz axı.

- A kişi, sənin o təkamül dediyini də Allah yaradıb da.

- Cahil-cahil danışma.

- Sən necə qəbul eləyirsən nəslinin meymun olmağına?

- Təkamül keçiblər da. Qulaq as, onları xaricdə sərgiləyiblər də. Hamı deyib ki, necə də bizə oxşayırlar...

- Valla, səndə çatmır...

- Sözümü kəsmə... Təkcə insan yox, bütün canlılar bu təkamülü keçiblər.

- Təkamülə söydürəcəksən indi. Sən Allaha inanmırsan, a kişi?

- Bunun Allahla əlaqəsi yoxdu.

- Pah! Keçən dəfə pulsuz idin, bir qəpiyin yox idi cibində. Birdən zəng gəldi, köhnə müdirin pulunu verdi. Sən də demədin, Allahın işinə bax.

- Sözdü də, deyirsən. Ancaq təkamülü araşdırandan sonra başa düşdüm ki, elə deyil. Ümumiyyətlə, metafizik dünyaya inanmıram mən.

- Metafizik dünya nədi, alə?

- Yəni fiziki qanunların kənarındakı dünya.

- Nə?

- Ayda... Paralel dünyalar, göydəki həyat...

- Hə, başa düşdüm. Göydə Allah da var axı. Özü də həyatımızda elə şeylər olur ki, özümüz də çaşırıq. Deyirik ki, bunun bir ilahi səbəbi var. Səndə olmayıb heç?

- Elmi olaraq bunun cavabı tapılmayıb.

- Nə olsun ki? Mütləq elm olmalıdır? Quranda hər şey yazılıb da.

- Sənnən söhbət eləmək olmur.

- Əsl sənnən söhbət eləmək olmur. Meymuna oxşayırsan özün də. Hahaha...

- Sən də meymunsan da. Özü də lap yekəsindən.

- Zarafat bir qırağa, möcüzəyə də inanmırsan?

- Bu haqda heç düşünməmişəm.

- Mən hər dəfə namaz qılanda Allahla söhbət edirəm. Ruhum təzələnir.

- Namaz qıla-qıla mənnən danışırsan amma...

- Elə şey olmayıb.

- Olub.

- Sən ateist olub gedibsən.

- Yox, ateist deyiləm. Sübut olunmuş şeylərdən danışıram.

- Biz indi Adəm Həvvanın nəticələri deyilik?

- Ondan əvvəl Neandertallar, Homo Sapienslər olub.

- O nədi elə?

- İnsana bənzər məxluqlar.

- Özündən uydurursan.

- Fosilləri tapılıb e.

- Fosil nədi?

- Qalığı.

- O Quranda yazılmış olar. Allah hər şeyi bilən və görəndir. Qəlblərin dərinliyini yalnız Allah bilər.

- Ürəyin rahat olsun, sən öz fikrində qal. Dinə inan. Ancaq bizim yaranmağımızı din yox, elm sübut edir.

- Elmi də Allah yaradıb. Hər şeyi də. Heyf dilimə söyüş gətirə bilmirəm. Allah keç günahımızdan.

# 1434 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #