Romeoyla Məcnunun fərqi

Romeoyla Məcnunun fərqi
24 dekabr 2013
# 10:39

Son vaxtlar Füzuliyə daş atanların sayı çoxalıb. Yəqin bəziləri elə hesab edir ki, daha yüksəyə daş atmaqla daha çox ucalmaq mümkündü. Elə zənn edirlər ki, atdıqları daş Füzuliyə dəyəcək.

Qəribə ittihamlar irəli sürülür. “Niyə qərbin sevgi dastanında Romeo balkondan qalxıb Cülyetta ilə qovuşur, hətta din xadimi- keşiş həyatını təhlükə altında qoyub onların kəbinini kəsir, bizimkində isə yox”.

Bəyəm Füzuli də “Leyli və Məcnun”da elə bu sualı qoymurmu və əsərin ideyası da elə bu niyədən ibarət deyilmi?

Qeys balkondan qalxıb Leyliyə qovuşa bilməzdi, çünki Leyli Cülyettadan fərqli olaraq, daha keçilməz divarlar arxasındaydı. Siz heç Şərq ədəbiyyatında həyatını təhlükə altında qoyub iki aşiqin kəbinini kəsən din xadimi xatırlayırsızmı, mən xatırlamıram. Yadıma ancaq siğəni, çoxarvadlılığı təbliğ edən molla obrazları gəlir.

Əsərdə Məcnuna, dolayısıyla Füzuliyə kömək etmək istəyən bircə Nofəl obrazıdı, o da silah yoluyla. Çünki bu düyünü qan tökmədən çözmək mümkün deyildi, buna isə humanist Məcnun, dolayısıyla Füzuli razı olmur.

Yəni, “Romeo və Cülyetta” ilə “Leyli və Məcnun”un fərqi Şeksprlə Füzulinin fərqi deyil, Şərqlə Qərbin fərqidi. “Leyli və Məcnun” əfsanəsini Füzuli yaratmayıb, onu sadəcə nəzmə çəkib.

O ki qaldı, Məcnunun Leylidən imtina səhnəsinə, heç o da bəzilərinin Arif Quliyevin düşük səhnəciyindən xatırladığı kimi “Get ey Leyli, sən o Leyli deyilsən” formasında deyil.

...Gər mən mən isəm, nəsən sən ey yar?

Gər sən sən isən nəyəm məni-zar? -şəklindədi.

Bu sevginin uzun ayrılıqdan sonrakı halıdır, həsrətin, iztirabın iliyə işləməsidir. Sevginin elə bir mərhələsidir ki, orda artıq cismani yaxınlıq öz əhəmiyyətini itirir. Və deməli, heç ruhani sevginin də müəllifi Füzuli deyil, şərq həyat tərzidi.

Fikrimcə, on altıncı əsr romantikası iyirmi birinci əsr realizminə mane olmamalıdı. Əgər Füzuli kimisə yazmağa qoymursa, bu onun günahı deyil. Kölgədə qalmaqdan qorxmayın.

# 4607 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
# # #