Fahişələrdən soruşsaq..

Fahişələrdən soruşsaq..
10 dekabr 2012
# 08:15

Gündəlik həyatımıza burnunu soxan, hər ailəyə istisnasız təsir göstərə bilən, Vətənimin hər qarışında nəfəsi duyulan bir katalizatordu qınaq. Addəyişdirmə etsək söhbət ictimai fikrin məişətvari növündən gedir. Ölkədə qınaq obyektlərinin, qınağın növünün yanlış formalaşdırılması tendensiyası yoluxucu xəstəlikdən daha təhlükəli bir forma alıb. Düzdü, arqumentlər var - millətin şüur və mədəni səviyyəsi, mentalitet və sairə. Lakin gəlin bir nəzər salaq çoxluq kimləri qınayır?

Evə gec gələn evli xanımları, siqaret çəkən yeniyetmə qızları, uşaqlarının hüzuruna əliboş qayıdan ataları, müxalif düşüncəli gəncləri, fahişələri, alkoqolikləri, dərsdən qaçan avara şagirdləri və dərinliyinə getsək görərik ki, ailəmizin hər bir üzvü kiminsə gözündə çoxdanın qınaq obyektidi.

Birtərəfli yanaşmanı kənara qoyub qarşı tərəfin arqumentlərini dinləməyi unutmuruq ki? Məsələn, evə gecə 12-də gələn xanımdan soruşsaq, bəlkə də o ya xəstə anasıgildən gəlir, ya da 11-də bağlanan restoranın mətbəxindən. Evə əliboş gələn dayıdan niyə içdiyini soruşsaq, bəlkə də deyər ki, yemək gözləyən uşaqlarının qabağına bir gün də ayıq başla qayıtsa övladlarının baxışları onu intihara sövq edə bilər. Fahişələr də bizə deyər ki, II Yekaterina onların idealı idi və dünya tarixinə təsir göstərmək xülyasında idilər. Ya da Merlin Manro kimi məşhur seksual qadın olmaq arzusunda. Tarixi dəyişən xanımlar demişkən, onların neçə faizi namuslu ailə xanımı idi?

Alkoqoliklərin arqumenti ikiüzlü cəmiyyətdən kənarlaşmaq, öz süni, amma içdən olan dünyalarında ilişib qalmaq ola bilər misal üçün. Ya da sadəcə unutmaq. Atasını aldadan anasını, xəstə yatan ölümcül atasını, aşiq olub qovuşa bilmədiyi varlı sevgilisini və daha nələri. Niyə daha obyektiv qınaq obyektləri seçə bilmirik özümüzə? Sənədlərdə qalan qanunları, səlahiyyətindən istifadə edib özbaşınalığın pik nöqtəsinə çatan polisləri, əsgərlikdəki Vətən anlayışının məhvindən, Vətən borcu anlayışının yoxa çıxmasından xəbərdar olub əsgərliyə getməyən gəncləri qınayanları, 150 manat maaşa bütün bildiklərini və əsəblərini satan müəllimləri üzlərinə təhqir edənləri, adi etik normaları övladlarına aşılamayıb onları neandertal formasında cəmiyyətin ağuşuna buraxan valideynləri, bakirəliyini əlindən alıb sevgilisini istifadəyə buraxan, ya da ölümə tərk edən cəsarətli “bəy”ləri qınamaq ədalətli olardı ya yox?

Başıboş məmurları, aşağılardan xəbəri olmayan yuxarıları, gündəlik həyatımıza televiziya vasitəsilə soxulan ibtidai təhsildən məhrum olan şou biznes nümayəndələrini, onları efirə buraxıb xalqı dolayan televiziya rəhbərlərini, tin və çayxanalarda elmi biliklərə yiyələnməklə həyatlarını keçirən gəncləri, mənəviyyatını satmaqdan çəkinməyən insanları, paxılları, əclafları, oğraşları qınayaraq sevmək lazımdı. Hər kəs sevgiyə layiqdi.

# 6732 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #