İt qudaları

İt qudaları
14 noyabr 2012
# 12:22

Hərdən mənə elə gəlir ki, bu qədər debilliyə ancaq Azərbaycanda rast gəlmək olar. Haradan gəlib çıxıblar günümüzə, kim yığıb bunları efirə, bilinmir ki...

Mən başa düşürəm, bunların əlindən başqa şey gəlmir, yaşamaq və dolanmaq üçün paraları şadlıq evlərinin iri səsgücləndiricilərindən çıxır. Qoy olsun, amma o lənətə gəlmiş çörəyi əldə etmək üçün başqa vasitə tapılmadımı? Biri iki gündən bir deyir ki, ərə gedirəm, biri deyir pişiyimə ad günü keçirirəm, birin adı ümumiyyətlə Pişikdir.

O gün də ikisi durduğu yerdən deyir ki, itlərimizi evləndiririk. Mən hər cür quda görmüşdüm; hətta sarsaq bir məsələyə görə, illər boyu bir-birini danışdırmayan qudalar tanıyıram. Amma it qudalarını da görmək nəsibim oldu.

Biri Allah eləməmiş guya “toylar kralı”dır. Biri də özünə “Əjdaha” adı verib. İndi, hamı hoydu-hoyduya götürəndən sonra bu “əjdaha”nın prodüseri durub deyir ki, belə bir söhbət olmayıb. Sitat: “Nadir Qafarzadəni artıq hamı tanıyır. O, belə xəbərlərlə gündəmə gələcək insan deyil”.

Bu Qafarzadəni doğrudan da hamı tanıyır. Amma prodüser müəllimin dediklərindən, məntiqindən belə çıxır ki, bu “əjdaha” zaman-zaman gündəmə gəlmək çabaları verir, sadəcə bu it məsələsi ilə gündəmə gəlmək istəməyib.

Xeyr əzizlərim, çox gözəl istəyərdi, elə bütün bu debilizm də məhz, bəli məhz gündəmə gəlmək, şou-biznes adlanan anormal və şizofrenik gündəmi bir müddət zəbt etmək üçün nəzərdə tutulmamışdımı? Amma alınmadı. Sadəcə cəmiyyət bu düşüklüyə heç gülmədi də, əksinə, başını bulayıb tüpürdü.

Təbii ki, heyvanları sevmək və onlara qayğı göstərmək zəruridir. Amma məsələ ondadır ki, heyvan insan həyatını yaşaya bilməz. İnsan həyat tərzinin heyvanlara aid edilməsi mümkünsüz...

Toy insanın evlənməsi mərasimidir. Bu adi hadisə deyil. Bu, konkret sosial, mənəvi, mədəni, demoqrafik funksiya yerinə yetirir. Bunlar adi həqiqətlər olsa da, əjdahalıq, krallıq deyil. Dünyada itlərin və ya müxtəlif heyvanların evlənməsi kimi şoular düzəldilir. Amma itinin evlənməsi ilə gündəmdə qalmaq, məni bağışlayın…bunun adı debillikdir.

Elain Finbertin maraqlı bir fikri var: “İtlərin tək bir nöqsanı var, o da insanlara inanmalarıdır”.

Görən evlənəsi gözlənilən itlər gələcək qudalara inanırlarmı? Bu adamlara necə sədaqət göstərib İTLİK eləmək olar axı? Onlar bu sədaqətli dilsiz-ağızları bir anın içində atarlar. Təki toy olsun!

Bir də deyirlər ki, it dünyada yeganə varlıqdır ki, sizi özündən çox istəyir. Amma siz də itləri sevin də nə olar? Onları gülüş obyektinə çevirməyin. Özünüzün bir atımlıq marağınıza görə…

Azı siz insansınız. Allah eləməmiş efirdən əskik deyilsiniz. Sizi adam bilib məclislərinə çağıranlar da var.

Və nəhayət, bilin, bütün pudellər itdir, amma hər it pudel deyil.

Şou-biznesdə də bu məntiq keçərlidir!

Sonuncunu elə-belə yazdım…

# 2708 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
# # #