Bakirəliyin mahiyyəti

Bakirəliyin mahiyyəti
11 may 2013
# 08:00

Azərbaycanda son vaxtlar bir sıra liberal yazarlar arasında bakirəliyin keçmişin qalığı, milli mentalitetdən gələn mənasız, ədalətsiz, - tək qadınlara aid olduğu üçün, - bir adət kimi azadlığın buxovu olduğunu söyləyənlərin fikirləri ilə tez-tez rastlaşırıq. Onlar qeyri-kəbin, vətəndaş nikahının normal hal olduğuna diqqət çəkir, illərlə bakirə qalmağa görə əzab çəkən qadınların məhz azad seksin olmamağı səbəbindən əsəb xəstəliyinə tutulduqlarını deyirlər. Eyni zamanda qeyd edirlər ki, azad seks qızların, qadınların harda, kimlə gəldi sevişməsi anlamına gəlməməlidir, məhz buna görə vətəndaş nikahı ən optimal yoldur.

Deyilənlərə opponentlik edənlər-cəmiyyətin mühafizəkar hissəsi bakirəliyin toy gecəsinə qədər qorunmasının ismət, namus anlayışı ilə bağlı olduğunu düşünür. Vətəndaş nikahının qeyri-ciddi ailə institutu olmasını vurğulayırlar.

Mən yeddi il Sankt-Peterburq şəhərində tələbə oğlan və qızların birgə yaşadığı yataqxanada qalmışam. Tez-tez rastlaşdığım hallardan biri birinci, ya ikinci kursda bakirəlikləri ilə vidalaşan qızların bir neçəsinin seksual davranışında baş verən dəyişikliklər idi. Onlar bir, ya iki il yaşadıqları oğlanla münasibətləri kəsəndən sonra rahatlıqla başqa oğlanla yaşamağa başlayırdılar. Yeddi il ərzində onların içində üç-dörd oğlan dəyişən tələbə qızlar belə gördüm. Ən pisi o idi ki, sevgililərindən ayrılan qızlar içərisində başqa oğlan tapana qədər bir günlük seks yaşayanlar da olurdu. Əlbəttə, aralarında eləsi də vardı ki, yaşadıqları oğlandan uşağa qalır, sonda onunla rəsmi nikaha girirdi.

Sual yaranır ki, bu qızlar sevgililərini niyə rahatlıqla dəyişirdilər. Çünki onlar üçün bakirəlik anlayışı yox idi, çünki bakirəliyi itirməyə görə cəmiyyət onları qınamırdı, buna tam normal yanaşırdı. O qız bilirdi ki, ərə gedəcəyi oğlan toy gecəsi ona “Hansı üzlə mənə ərə gəlmisən?”, “Hansı üzlə mənə qədər kimləsə olmusan?” sualını verməyəcək. Mən əminəm ki, Azərbaycanda eyni şey olsa, bizdə də qızlar arasında əldə etdikləri azadlıqdan tam şəkildə istifadə etmək istəyənlər olacaq.

Bakirəlik Şərq dünyagörüşündə, yuxarıda qismən qeyd etdiyim kimi, ismətlə bağlı olduğu üçün, o, bir növ çəkindiricilik funksiyası daşıyır, - qız öz qızlığını əri üçün qoruyur. Düzdür, Şərq ölkələrində yazar xanımın qeyd etdiyi kimi, toy gecəsinə qədər tibbi əməliyyat yolu ilə qızlıqlarını “bərpa etmə” halları (himenoplastika) var. Amma tutaq ki, müsəlman ölkələrində bunu beşi eləyir, axı, on beşi də eləmir, ismətlərini qoruduqları üçün.

Yazar xanım düzgün qeyd edir ki, seksual aclıq səbəbindən qızlar arasında əsəb pozğunluğu yaranır. Haqlı olaraq “Bəs onda nə etməli?” sualı yaranır. Dindar kəsimə aid qızlar Allaha təvəkkül edib, “Qədər Allahdandır” prinsipinə sadiq qalıb göstərdikləri dözümün o biri dünyada xeyrini görəcəklərinə ümid edilər. Ənənəyə sadiq qalanlar isə abır prinsipindən çıxış edib, əsəb xəstəliyi tapmaq hesabına olsa belə kişisizliyə dözürlər. Yenə haqlı olaraq sual meydana çıxır, onlar dözməlidirlərmi. Cavab artıq özləri üçün həyat fəlsəfəsini seçmiş xanımların ixtiyarındadır: azad düşüncəlilər hesab edir ki, rahatlıq üçün kəbinsiz də yaşamaq olar və bu yolda bakirəlik əngəldir. Dindar-ənənəvi düşüncə sahibləri olan qızlar isə ərə gedənə qədər dözməyə üstünlük verir.

Bir məsələdə xanım yazarlarla razıyam ki, ədalət hamı üçündür. Çoxları üçün paradoksal səslənsə belə, düşünürəm ki, kişilər də evliliyə qədər bakir qalmalıdırlar. Bu, artıq ənənəçilərin deyil, dindən çıxış edənlərin mövqeyidir.

Azərbaycanda son zamanlar qardaşın doğma bacısını ya dayısı qızını zorlamasının mental dəyərlərin yaratdığı seksual aclıq məsələsi ilə bağlı olmasına gəldikdə isə, deməliyəm belə hallar elə həmin azadlığın geninə-boluna istifadə edildiyi Qərb ölkələrində də baş verir. Yəni bu tipli biabırçı cinayətlər sırf fərdi səbəblərlə bağlıdır.

Alpay Azər

# 7119 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #