Savaşma, seviş mənimlə

Savaşma, seviş mənimlə
1 mart 2013
# 11:59

Özümüzə başqa millətlərdən olan insanların gözü ilə baxmaqdan həmişə hədsiz zövq almışam. Onların bizim haqda düşündükləri çox maraqlı olur. Biz özümüz özümüzdə olanı görməyə bilərik. Olmayanı da görməyə bilərik. Xaricilər bunu çox tez sezirlər. Eləcə də biz xarici ölkələrdə olanda bəlkə də onların görmədiyi, bilmədiyi tərəfləri sezirik.

Yeddi-səkkiz il qabaq Bakıda tədbirdə iştirak edən avropalılardan bizim insanlar, bizim şəhərimiz haqda təəssüratlarını soruşdum. Müxtəlif cavablar gəldi. Onlardan biri mənə çox təsir etdi. Ən yadda qalanı da o oldu. Litvalı xanım dedi ki, niyə şəhərinizin mərkəzində oğlanlar, yaxud qızlar dəstə-dəstə gəzirlər. Cütlük çox azdır. 5-6 oğlan, yaxud 5-6 qız gəzişirlər. Ya da ki, iki qız əl-ələ tutub gəzirlər. Qızların əl-ələ tutub gəzməyi litvalı xanımda daha çox şübhə yaratmışdı: sizdə lezbilər çoxdur bəyəm? Başa saldım ki, lezbi deyil onlar, sadəcə qızlar bir-birlərini çox istədiklərindən belə edirlər. (Düzü bu izah heç özümə də çatmadı). Mən o vaxtdan bəri fikir verməyə başladım ki, şəhərdə həqiqətən cütlüklər çox azdır. Yaxud qızlarla oğlanlar bir yerdə əylənmirlər.

Bu günlərdə şəhərdə gəzərkən qəflətən litvalı xanımın sözü yadıma düşdü. Ətrafıma nəzər saldım, 7-8 il qabaqkı dövrlə müqayisələr apardım. Fikir verdim ki, cütlüklərin sayı artıb. Qızlar oğlanlar bir-birlərinə qaynayıb qarışıblar. Əvvəlki görüntülərə çox az rast gəlmək olur. Sevindim həqiqətən.

Ümumiyyətlə, 5-10 il bundan qabaqkı dövrlə qız-oğlan münasibətləri zəminində xeyli irəliləyişlər sezilir.

“Facebookda tez-tez yeni münasibətlərin yarandığını görürəm. Ləzzət edir özümə də. Qoca adamlar kimi danışmaq istəmirəm. Mənim 19-20 yaşım olanda Facebooka-zada girmirdi heç kim. İndi ictimai sektora qoşulan, azacıq fəallıq edən, 5-6 foto çəkən oğlanlar rahatlıqla özlərinə qız tapıb münasibət qururlar. Yaxşı tendensiyadır bu.

O vaxt çətin idi vallah. Özümüzü sübut etmək üçün əlimizdən ancaq qəzetlərdə şeir, yazı yazmaq gəlirdi. Forumlarda özümüzü min yola qoyurduq, min cür marjinallıq edirdik. Qəzetdə yazırdın çap olunurdu. Oturub gözləyirdin ki, yazı hansısa qızın əlinə keçər, götürüb e-mailinə yazar, tanış olarsan. Ağır günlər idi. İndiki gənclər üçün vəziyyət xeyli asanlaşıb. Amma hər dövrün öz gözəlliyi var təbii ki. Məsələn o vaxt marjinal adam olmaq asan idi. İndi bu məsələ bir az qəlizləşib. Artıq Facebookda ateizmlə, çənədə saqqal saxlamaqla, mentaliteti söyməklə heç kimi təəccübləndirmək olmur. Çünki kütlədən ayrılan gənclərin sayı da çoxdur.

Bu fikirləri Facebookda yazanda yanlış nəticələr çıxaranlar da oldu. Təbii ki, burda bir az ironiya, zarafat da var. Amma həm də həqiqətdir. Qadın həm də bir motivasiyadır.

Gənclər arasında sevgi, intim münasibətlərinin getdikcə qaydaya düşməsi həqiqətən sevindirici haldır. Bu cəmiyyətdə aqressivliyin aradan qalxmasına gətirib çıxaracaq. Təbii ki, burda əlahəzrət Facebookun da istisnasız böyük rolu vardır.

Sezen Aksu demiş, savaşmayaq, sevişək.

# 4490 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #