Din teatrı necə əzir?

Din teatrı necə əzir?
6 aprel 2015
# 13:10

Rusiyada “kilsə-teatr savaşı” ilə başlayan mücadilə başqa bir istiqamət alıb.

Dini simvollara hörmətsizlik etdiyinə görə Novosibirsk Opera və Balet Teatrını məhkəməyə verən dindarlar işi uduzsalar da din-teatr davası daha başqa müstəviyə keçdi.

Xatirinizdədirsə, məhkəmə Novosibirk teatrının sözügedən “Tanqeyzer” tamaşasında dindarların inancını təhqir edən heç nə tapmadı. Dindarlar məhkəməni uduzdular.

Amma bundan təxminən bir ay sonra, yəni bu günlərdə Moskva Bədaye Teatrında Boqomolovun hazırladığı başqa bir tamaşaya görə, dindar aktivistlər teatrın kandarına donuz başı qoydular.

Gəlin buna qədərki balaca bir hadisəni də diqqətdən qaçırmayaq - Rusiya prezidenti teatrın əleyhinə etiraz aksiyaları təşkil edən keşişi orden və medallarla mükafatlandırdı. Bəlkə də bu sıradan bir təltifetmədi. Dinin hakimiyyətdən, hakimiyyətin dindən (rəsmi və qeyrirəsmi) legitimlik alması tarix kitablarından bu günümüzədək uzanan məsələdi. “Leviafan” filmi ən çox bunu qabartdığına görə dindarlar tərəfindən sevilmədi. Amma sıradan olsa belə hadisələrin bu düzümündə təltifetmə də diqqəti çəkdi.

Bunun ardınca bütün bu qalmaqal ərzində tamaşanı müdafiə edən, onun repertuardan çıxarılmayacağını söyləyən Novosibirsk Opera və Balet Teatrının direktoru Mezdriç işdən azad olundu. Əlbəttə, bütün bu proseslər rus teatr və kino adamlarının etiraz məktubları ilə müşayiət olundu.

Dünənsə Novosibirskdə üç minədək adamın iştirakı ilə mitinq keçirilib. Mitinq iştirakçıları Mezdriçin işdən azad olunmasına, senzuraya etiraz edib, Rusiyanın mədəniyyət nazirinin istefasını tələb ediblər. Mezdriç özü isə bunları deyib: “İnsanların dini azadlıqları olduğu kimi sənətkarın da yaradıcılıq azadlığı haqqı var.”

Ruslar olmasın, biz olaq, belə sözlər deyən teatr direktorunu əlbəttə, işdən çıxararlar, buna söz yox. Məsələ bu sözləri deyən, o mitinqə çıxan adamların nəyi müdafiə etdiklərini bilməsindədir. Çox vacib bir məqamda çox vacib bir məsələni-mədəniyyəti, teatrı, yaradıcılığı-onlar üçün MƏNƏVİ olan bir məsələni hansısa manipulyasiyalardan qorumaq!

Halbuki dindarlar da bunu edə bilərdi. Hansısa dini simvolların harada necə qoyulduğunu güdməkdənsə, din dedikləri MƏNƏVİ dəyərləri DİN (oxu: Daxili İşlər Nazirliyi) kimi istifadə edənlərdən, onu əşyaviləşdirib manipulyasiya edənlərdən, öz legitimliyini bu əşyaların üzərində quranlardan qorumalı idilər. Daha doğrusu, öz dəyərləri naminə onlardan imtina etməli idilər! Nəinki bir teatrla, bir tamaşa ilə mübarizə aparmaq...

# 977 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #