Utanıram, şəhidim

Utanıram, şəhidim
6 avqust 2014
# 10:05

Düşmən tapdağından cadar-cadar olan torpaqlarım, əzəməti xəcalətinin arxasında gizlənən dağlarım bir gün azad olsun deyə şəhid olmağı seçdim. Bir qarış torpaqda dəfn olunmaq haqqının dəyərini bilib, ölümdən ürpənmədim, çəkinmədim.

Nə yazıq ki, mən ucaldığım zirvəyə gedən yol anamın fəryadından, atamın acısından, balamın göz yaşından keçib gəlir.

Dünyanın ən ağır dərdidi, ananın övlad dağı görməyi.

Bu dağın adına şərəf deyilən, tabuta bürünən bayrağı sinəsinə sıxıb, hönkür-hönkür ağlayan ata yanğısı var. Yarımçıq qalan sevdası, gözü alacalanan, qayğıları, dərdi yetim qalan övlad xiffəti var...

Nə yazıq ki, şəhid olmadan bayraqlar dalğalanmaz, ürəklər qürurlanmaz, başlar dik tutulmaz.

Bir ovuc torpağım, bir daşım düşmən əlinə keçməsin deyə bağrım qan oldu. Sinəmi sipər etdim, Vətənimi bölən, parçalayan sədlər qırılsın, dağılsın istədim.

Hələ də yeri-yurdu bilinməyən, əsir düşən qız-gəlinlərimizin, oğullarımızın tükürpədən ah-naləsi ərşə qalxmasın deyib, canımdan keçdim...

Torpağımı qanımla suvardım ki, bu yerlərdə dünyanın ən gözəl gülü-Xarı bülbülü təzədən bitsin.... Körpələrimiz böyüyəndə buz bulaqların suyundan içib, billur kimi tər-təmiz havada nəfəs alsın.

İnsanlarımızın müharibədən, qan-qadadan uzaq, rahat həyat yaşaması üçün, mən torpağımı son dəfə qucaqlayıb, göylərə üz-tutdum...

Göylərdən yerlər daha aydın görünür... Bir tərəfdə az qalsın dünyanın 7-ci qatına çatan binalar, tər-təmiz asfalt küçələr, şütüyən bahalı avtomobillər, avtomobillərdən ucalan “İgid əsgər” möhkəm dayan mahnısı, çal-çağırlar, adamı sümükləri yanana qədər oynadan rəqs havaları...

Bir tərəfdə yanıb, külə dönən evlər, hər tərəfi ot-ələf basmış yeyəsiz kəndlər, darmadağın olan məzarlıqlar... Bir də xarabalığın insanı vahiməyə salan səssizliyi....

Müharibənin dəhşətindən qorxub, ölümdən uzaq olduğuna şükür edənləri, ruhum şad olsun deyib, dua edənləri də eşidirəm.

Şəhidəm, zirvədəyəm...

Amma ruhum şad olmur, içimdəki ağrılardan, unudulmaq qorxusundan...

Bir vaxtlar oxuduğum şeir də deyildiyi kimi:

Utanıram Şəhidim,
Utanıram, yeməkdən, içməkdən,

Sənin anan ağlarkən

Gülməkdən Utanıram!
Sanma ki,
Unudur,
Unutdururuq!
Unudanları barındırmakdan utanıram.
SEN vətən üçün, bizim üçün şəhid olarkən
Seni Görməzdən Gələnlərdən Utanıram. (Əziz Nesin)

Sizi utanmaqdan, məni unudulmaqdan Allah qorusun....

# 5515 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
# # #