Bu nəydi, Anar müəllim?

Bu nəydi, Anar müəllim?
19 sentyabr 2013
# 10:16

Cəlil Cavanşirin yazısı...

Xalq yazıçısı Anarın “525-ci qəzet”də çap olunmuş son hekayəsi məni əməlli-başlı təsirləndirdi.

“Gürcü familyası”, ”Dantenin yubileyi” kimi hekayə janrının çox gözəl nümunələrini yaradan 75 yaşlı yazıçının “Bir güllə bahar olmaz...” kimi hekayə yazması çox üzücüdür.

Keçən il gənclərə yazdığı həcvlə Anar istedadının tükəndiyini sübut etmişdi.

Bu hekayə isə onun yaradıcılığı üçün əsil biabırçılıqdır.

Anarı yeri gəldi-gəlmədi müdafiə edənlər, gəncləri tənqid etməyi vəzifə borcu bilənlər isə yenə də iş başındadır.

Guya, Anarı anlamaq o qədər çətindir ki, bu çətin işə gənclərin istedadı çatmır.

Amma fakt, yazılmış mətn ortalıqdadır.

Gənclər zəif mətn yazanda, hər tərəfdən hücumlar, lağlağılar, şəbədələr başlayır.

Anara niyə susmalıyıq?

Məncə heç kəsin, eləcə də Anarın meydan sulamağa haqqı yoxdur.

Dünya ədəbiyyatında çox dəhşətli proseslər gedir, insan düşüncəsini alt-üst edən mətnlər yazılır.

Anarla eyni yaşda olan yazıçılar universitetlərdə, böyük auditoriyalarda mühazirələr oxuyur, master-klaslar keçir.

Anar isə “Bir güllə bahar olmaz...” kimi zəif bir hekayə çap etdirir.

Gəlin etiraf edək ki, Anar bitib, tükənib.

İçindəki hikkə, gənclərə olan nifrəti, vəzifəyə bağlılığı, kreslodan dördəlli yapışmağı, qalmaqallara meyl salmağı, onu tükəndirib.

Kim nə deyir desin, Anarın son illər ortalığa çıxardığı istənilən mətn hətərən-pətərən söz yığınıdır.

“Sübhün səfiri” filminin ssenarisini nümunə gətirmək kifayətdir.

Mirmehdinin sözü olmasın, “Razı Narazıoğlu, Mənəm Mənəmov kimi zarafatları heç Coşğunla Rəfael də eləmir”.

Bu cür boyat zarafatla, istedadsız mətnlə ədəbiyyat adına iddialı olmaq ayıbdır.

Yazmamaqla, çap olunmamaqla da ədəbiyyat yaratmaq olar.

Sükutla inqilab edənlər kimi...

# 2828 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #