Ayaqqabı

Ayaqqabı
1 oktyabr 2013
# 11:21

Allah öz yaratdıqları tərəfindən təhrif olunmuş hüdudsuzluqdur.

Kainat hər tərəfi başlanğıc olan ən böyük sonsuzluq.

Zaman hər şeydən ibarət yoxluqdu.

Dünya ayrılıqlar məkanıdı.

Ayrılıq daha içdən yaşanan insan hissi.

İnsan guya azad seçim imkanı verilmiş ömürlük məhbusdur.

Azadlıq üzərinə qadağaların və məhdudiyyətlərin rəsmini çəkmək üçün yaradılmış tablo.

Həyat bütün nəzəriyyələri iflas etdirən və üstündə hər şeyin baş verə bildiyi yaşıl müstəvidir. Ömür hər yerindən deşilmiş qabdan axıb gedən maye. Ölüm hər kəsdə eyni dəqiqliklə alınan həyat hadisəsidir.


Ailə münaqişəli zonadı.

Övlad, hər an partlaya biləcək ən sevimli obyekt.

Günah daim insan tıxacının altında mürgüləyən uzun bir yoldu.

Yol ən sadiq yol yoldaşıdır.

Allah, Kainat, Zaman, Dünya, Həyat, Ömür, Azadlıq, hamısının bir mənası da Ayrılıqdı.

Və heç biri sənə əbədi yoldaşlıq etməyəcək.

Yalnız ayaqqabın səni sökülüb dağılana qədər öz çiynində daşıyacaq. Onun da ki, yenisini almağa imkanın olmasa...

# 3925 dəfə oxunub

Oxşar xəbərlər

Mən indi bilirəm, İlahi... - Sevinc Mürvətqızı

Mən indi bilirəm, İlahi... - Sevinc Mürvətqızı

17:00 1 oktyabr 2025
Bir qadın iki min beş yüz kişini  necə xoşbəxt edir?

Bir qadın iki min beş yüz kişini necə xoşbəxt edir?

12:00 22 avqust 2025
Türkləri və yəhudləri qıranlar kimlərdir?

Türkləri və yəhudləri qıranlar kimlərdir?

15:00 2 avqust 2025
Məhşərdə cavab verməyə kimin üzü var? - Sevinc Mürvətqızı

Məhşərdə cavab verməyə kimin üzü var? - Sevinc Mürvətqızı

09:00 9 iyul 2025
Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

12:00 4 iyul 2025
Davadan qayıtmayan cavanlara: İsanın möcüzəsi

Davadan qayıtmayan cavanlara: İsanın möcüzəsi

12:00 26 iyun 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər