Tərlan Əhmədova açıq məktub

Seymur Baycan, Tərlan Əhmədov

Seymur Baycan, Tərlan Əhmədov

9 aprel 2023
# 10:37

Tərlan Əhmədova beş-altı cümlədən ibarət açıq məktub.

Hörmətli Tərlan müəllim, mətbuat konfransında belə demisiniz:

"Qazonun bu vəziyyətdə olması bizim üçün də üzücüdür. Ot örtüyü yaxşı olsa, oyunlarımız da daha keyfiyyətli alınar”.

Türk seriallarına baxa-baxa böyüyən uşaq-muşaqların "üzücü" sözünü səhv istifadə etmələrini bir növ baş düşmək olar. Mənə maraqlıdır bəs sizin, yaşlı nəslin nümayəndəsinin dilinə "üzücü" sözü haradan gəlib düşübdür?

Azərbaycan dilində "üzülmək" sözü var. Amma Azərbaycan dilində "üzülmək" sözü “taqətdən düşmək, qopmaq " mənasında istifadə olunur.

Məsələn, acından canım üzüldü. Yəni aclıq məni gücdən, taqətdən saldı.

Məsələn, əlim budaqdan üzüldü. Yəni əlim budaqdan qopdu.

Məsələn, it az qala barmağımı üzmüşdü. Yəni it az qala barmağımı qoparmışdı. Sizin məntiqinizə söykənsək belə çıxır ki, it az qala barmağımı kədərləndirmişdi.

Məsələn, haqq nazilər, amma üzülməz. Yəni haqq nazilər, amma qırılmaz. İndi sizin məntiqinizdən belə çıxır ki, haqq nazilər, amma kədərlənməz.

Bu kiçik həcmli açıq məktub təkcə sizə yox, sizin timsalınızda sözlərdən düzgün istifadə etməyən, düzgün danışa bilməyən digər şəxslərə də ünvanlanıb. Zəhmət olmasa, sözlərdən düzgün istifadə edin. Dilə divan tutmayın. Arada vaxtınız olanda beş-on səhifə kitab oxuyun. Söz ehtiyatınızı artırın. Bütün bunlar həm Allaha, həm də onun zavallı bəndələrinə xoş gedər.

Sizə həyat və fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə.

Seymur Baycan

# 3443 dəfə oxunub

Oxşar xəbərlər

Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
# # #