Yol polisi ilə şortik davası

Yol polisi ilə şortik davası
21 sentyabr 2020
# 10:30

Dövlət Yol Polisi əməkdaşnın şortik açıqlaması neçə gündür gündəmimizi məşğul edir.

Yadınıza gələr yəqin, bir neçə il əvvəl Bakı metrosunda görünməmiş hadisə baş verdi. Zarafat edirəm, Bakıda bu cür hadisələr hər gün baş verir, sadəcə o gün baş verən hadisə sakinlərimizin biri tərəfindən lentə alındığından ölkənin gündəminə çevrilmişdi. Qızı şortik geyindiyinə görə, əvvəl bir oğlan, sonra bir qadın dalana dirəmişdi, qız da coşmuş, demişdi ki, yaxşı eləyirəm, sizə nə var?!

Bu hadisənin bənzəri zaman-zaman təkrarlandı, qadının geyimi tez-tez mövzuya çevrildi, biri dedi, qadın geyiminə fikir versin, o biri dedi, sənə dəxli yoxdur, başqa biri də dedi, camaatın anası-bacısı var.

Uzun müddətdən sonra Azərbaycanda ilk dəfə qadına yox, kişiyə qadağa qoyuldu. Şortiklə "prava" almağa gələ bilməzsən! Bununla da illərdir, geyim üstündə mübarizə aparan xanımlar qələbə qazandı. Əvvəl qadına qadağan olunan şey, indi kişiyə olundu. Bizim müzakirə etməyə söhbət axtaran Facebook əhlinin də əlinə fürsət düşdü, hərə bir tərəfdən yumorunu sınaqdan çıxardı.

"Kişilərə tövsiyə olunur ki, dövlət qurumlarına uyğun geyimdə gəlsinlər" - açıqlamanın əsas segah vuran yeri burasıdır. Kişi gəlməli deyil. Oldu. Bəs qadın? Axı dress-kodd hamı üçün keçərlidir. Niyə seksist davranırsınız? İndi qadın durub şortikdə gedəcək, mən kostyumda? Bu, nə ədalət oldu? Qayda vətəndaşlar üçün olur. Vətəndaşın da qadını, kişisi yoxdur.

Mentalitetin dövlət qurumlarına nə aiddiyyatı? Dövlət qurumlarına giriş xüsusi geyimdə olmalıdır. Amma bizim problemimiz geyimdə deyil ki. Geyimi düzəldib gələcəyik, hər şey düzələcəkmi? Dövlət orqanlarında şəffaflıq olacaqmı?

Bax, söhbət məğzi burdadır, naçalnik!

# 5917 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
# # #