Ucuz satılan baha adamlar

Ucuz satılan baha adamlar
17 dekabr 2019
# 10:18

Ürəkdən bir:

- Necəsən? - desələr, məsələn...

Mən də:

- Kövrəlmişəm, - desəm.

- Nə üçün? Soruşsalar, tutaq ki...

- Şagirdlərimçün darıxıram, - desəm mən də...

İnanarlarmı, əcəba, şagirdlərinin baxışlarını xatırlayıb kövrələn birinin varlığına?!

Həyatın nazik tərəfi o qədər nazik ki, məsum məktəbli baxışlarının özləmi kimi. Həyatın qalın tərəfi o qədər qalın ki, məktəblərin həbsxanatək sıxması qədər.

Yaşamın ekvator xəttini tapmaq o qədər çətin ki...

Cani-dildən:

- Nə istəyirsən? - soruşan olsa, məsələn...

- Nə istədiyimi bilmirəm, - desəm...

Kimsə tapa bilərmi içimdəki inadın adını, çölümdəki qovğanın yaşını?!

Bax, məsələn, hansı taktika səhvi vardı son vuruşumun, hansı ədalətsiz yanı vardı?!

Kimsə çözə bilərmi niyə ən cəsur döyüşçülər arxadan vurulur, niyə ən ucuz satılır başına ən böyük qiymət qoyulası adamlar?!

Bax, tutaq ki həyat dərsi bitəndə “kimin sualı var?” soruşan oldu, yəni fərz eləyək ki, oldu.

Əlimi qaldırıb sual versəm mən də:

- Niyə ən içdən nəvazişlər öldürür, niyə böyük sevgilər qarşılığında cılızlaşır adamlar, - desəm?!

- Niyə əlinə silah verib arxamızı döndüyümüz kəslər ürəyimizi düz nişan almağı belə bacarmadı?! Əllərinin əsdiyinə sevinək deyəmi?!

Bir cavabı yoxsa həyatın, yenə eyni inadla susacaqsa, mən nə istədiyimi niyə bilim ki?

Bax, dostum, hər körpənin “Ana” deyəcəyi birinə ehtiyacı olduğu kimi hər böyüyün də “Niyə?” hayqıracaq birinə ehtiyacı var. Biri olmalı, arxadaş, sənin bütün “niyə?”lərinə ən azından günahkar kimi susacaq biri mütləq olmalı...

# 3475 dəfə oxunub

Oxşar xəbərlər

İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
# # #