Şeyx və şirin quyruğu 

Şeyx və şirin quyruğu 
23 sentyabr 2021
# 13:20

Sosial şəbəkələrdə Hacı Allahşükür Paşazadənin Ərdəbil imamına cavabı müsbət rezonans yaradıb.

Ərdəbil imamı Seyid Həsən Amuli Azərbaycanla Pakistan ordularının birgə hərbi təlimlərə başlamasından sonra ölkəmizə ünvanlanmış təhdid dolu çıxış edib.

İran imamının bu çıxışından sonra ölkəmizin dini liderinin də cavabı gecikmədi. Allahşükür Paşazadə Ərdəbil kimi qədim, zəngin tarixə malik bir Azərbaycan şəhərində, dini-mədəni irsimizə həmişə ehtiram bəsləyən bir icmanın hüzurunda belə bir çıxışı özünə rəva bilməyin ən azı hörmətsizlik olduğunu dedi.

O, həmçinin möminlərin şirdən, onun quyruğundan, müharibədən deyil, Allahın buyurduğu, Peyğəmbərimizin tövsiyə etdiyi kimi, sülh, barış, dinclik niyyətindən, onun rəmzi olan göyərçindən danışmalı olduğunu da Həsən Amuliyə xatırlatdı.

Yadıma düşür, vaxtilə Xəzər dənizinə Mazandaran gölü deyən İran rəhbəri də Ümummilli lider Heydər Əliyev tərəfindən faktlarla susdurulmuşdu.

İranın hər fürsətdə Azərbaycana qarşı çıxış etməsi çox üzücüdür. Təkcə bizim üçün yox, elə İranın özü üçün də...

Həm də belə çıxışlar problemlərə yol açır.

Ən azı güneydə yaşayan 30 milyondan çox soydaşımızı gözlərinin önünə gətirmələri kifayətdir.

Daha bir vacib məqam: Azərbaycanın bütün yetkililəri, nüfuzlu şəxsləri belə məqamlarda sərrast cavablarını yubatmamalı, lazım gəlsə, diplomatik nəzakət qaydalarını da unutmalıdırlar.

Təsadüfi deyil ki, bircə bu kəlmələrə görə sosial şəbəkə istifadəçiləri arasında Şeyxin nüfuzu nə qədər yüksəldi. Başqa vaxt, kişi haqqında, yumşaq desək, o qədər də yaxşı fikirlər yazmırdılar.

Vətən həm də düşüncəmizdə və nitqimizdə bütöv, toxunulmaz olmalıdır.

Sağ olsun Şeyximiz!

Bu dəfə imanlı söhbət elədi.

# 4662 dəfə oxunub

Oxşar xəbərlər

Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
# # #