Pandemiyadan sonra

Pandemiyadan sonra
15 aprel 2020
# 11:05

Hər şey meşə yanğınları ilə başladı. Heç fərqinə varmadıq ki, bu mənzərə - bir-biriylə vahiməylə qucaqlaşmış heyvanlar, onları fədakarlıqla xilas etməyə çalışan insanlar nəyəsə işarədi. Sonra ayrı-ayrı ölkələrdə baş verən təbii fəlakətlər və daha sonra bütün dünyanı alovdan da sürətlə bürüyən pandemiya.

Hə, pandalar, kenqurilər gündəm olmamışdan bir az qabaq biz 2020-ci ildən gözləntilərimizi sıralayardıq. Özü də nədənsə bizə elə gəlirdi ki, bu yuvarlaq rəqəm özündən əvvəlki illərə nisbətən daha yaxşı gəlməlidir. Biz daha çox komfort arzulayırdıq, daha bahalı maşın, ən yeni model telefon, daha uzaq ölkələrə səyahət. Ana təbiətin bizə hazırladığı “sürpriz”dən xəbərsiz...

“Niyə?” sualının cavabını axtarıb yorulmayaq, onun cavabı yəqin ki, hardasa bizim əlimiz çatmayan yerdədir və ya o qədər kiçik detallarla hər tərəfə səpələnib ki, biz əsl səbəbi tam olaraq bilmək şansında olmayaq. Bizim işimiz səbəbləri bir kənara qoyub nəticələrlə barışmaqdı.

Pandemiya bizə - get-gedə fərdiləşən, tənhalaşan, eqoistləşən iyirmi birinci əsr insanına başa saldı ki, bizim vəzifəmiz təkcə özümüz üçün yaşamaq deyil, yeri gələndə, kim üçünsə, nə üçünsə ölməkdi həm də. Öz nəfəs aparatının daha gənc birinə qoşulmağını tələb edən o din xadimi kimi, həyatını virusla mübarizədə itirən həkimlər kimi...

Ayılıb gördük ki, ətrafımızda normal yaşayış şəraiti olmayan adamlar varmış və biz bir az da yaxşı maddi rifah arzulamaqla həm də onların haqqına giririmişik.

Başa düşdük ki, öz pulumuzdan həmin adamlara xərcləmək daha zövqlü imiş. Xatırladıq ki, biz yuvarlaq olmayan 2019-cu ilin yazında daha xoşbəxt imişik. Anladıq ki, şəhərimizin tıxacları o qədər də dözülməz, işimiz o qədər də cansıxıcı, həyatımız o qədər də anlamsız deyilmiş.

İlıq, sıradan bir aprel səhəri izdihamlı şəhərin küçələrində gəzmək, tanışlarla əl verib salamlaşmaq, dostlarla kasıb bir nahar etmək, bir sözlə, həyatın sakit axarıyla yaşamaq da bəsimiz imiş.

İnsan tarixin bütün fəlakətlərinin, müharibələrinin verdiyi ibrət dərsini unutduğu kimi bunu da unudacaq. Biz yenə “Kim deyər, bizim keçən dərsimiz nə olmuşdu?” sualı qarşısında gözümüzü döyəcəyik. Amma ən azından gələn ildən daha parıltılı arzular istəməyəcəyik.

2020-ci il kimi olma, yetər, - deyəcəyik.

# 2452 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #