O qadın niyə yalan danışdı?

O qadın niyə yalan danışdı?
5 fevral 2021
# 12:00

Valeh və Azər adlı övladları olduğunu deyirdi və iddia edirdi ki, övladlarının hər ikisi hərbi xidmətə gedib, onlardan 5 aydır xəbər yoxdur...

Həmin qadının ah-naləsi internetə bomba kimi düşdü, iki gün çəkən dramatik hekayət dünən sona çatdı. Bəlli oldu ki, Rəna xalanın övladları nəinki müharibədə itkin düşüb, onun heç övladı yoxdur.

Bəs Rəna xala niyə belə bir hekayət uydurmuşdu?

İki variant inandırıcıdır: qadın cəmiyyətin şəhid, itkin ailələrinə olan həssas münasibətindən istifadə edir, insanlardan, dövlətdən maddi-mənəvi dəstək umur, yaxud da ruhi xəstədir.

Övladsız qadının özünü iki oğul anası, həm də övladları itkin düşmüş bir ana kimi təqdim etməsi onu sübut edir ki, o fırıldaqçı deyil. Fırıldaqçılar ağıllı, hiyləgər olur, bu qadın isə onu belə bilmir ki, danışdığı ağ yalanın ömrü çox olmayacaq, azından bu boyda iddianı araşdıran dövlət qurumları elə ilk yoxlanışdan onu ifşa edəcək.

Fırıldaqçılar yalan danışır, amma ağ yalan yox.

Çox güman ki, Rəna xalanın psixikasında ağır problemlər var...

“Valeh, mama sənə qurban, hardasansa, mənim səsimə səs ver...”

Olmayan övladını bu tonda çağırması, səsindəki ağrı ictimaiyyətdən, dövlətdən maddi yardım istəyindən xəbər vermirdi, o, sanki Allahdan “qisas” alırdı.

O qadın diqqət görmək istəyirdi, həm də sadəcə diqqət yox, ana kimi diqqət!

Bəlkə də o, övladsızlığın çəkdiyi dağdan o qədər yalqızlaşıb, göynəyib ki, bu gün şəhid analarını qısqanıb.

Bu, iki günlük dramını Rəna xalaya çox görməyək.

Övladı olmadığı halda, ruhi problemləri fonunda özünü alim, hakim, müəllim, sənətkar anası yox, məhz itkin övlad anası kimi təqdim etməsi bizi düşündürməlidir.

Şəhid anası deyil deyə, övladları itkin düşməyib deyə onu çox da qınaya bilmərik.

Əmin olun, Rəna xalanın övladı olsaydı, şəhid olacaqdı...

# 11144 dəfə oxunub

Oxşar xəbərlər

İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
#
#
# # #