Ciddi xətalara yol vermişik

Ciddi xətalara yol vermişik
21 may 2020
# 10:35

Yazıçı-publisist Ayxan Ayvazın tərcüməçilərlə bağlı yazdığı tənqidi yazı polemikaya səbəb olub. Kulis.az yazıda adı çəkilən və tənqid olunan “Alatoran” nəşriyyatının rəhbəri, şair-yazıçı Rasim Qaracanın mövzu ilə bağlı yazısını təqdim edir.

Ayxan Ayvazın məqaləsində haqlı məqamlar çoxdur. Tərcümə probleminə dair ciddi araşdırma yazılarına ehtiyac var. Xüsusən “Alatoran” kitabları haqqında dedikləri tənqidi qəbul edirəm.

Əvvəlki nəşrlərimizdə ciddi xətalara yol vermişik, get-gedə bu xətaları düzəltməyə çalışırıq. İstər “Alatoran”, istər “Qanun” və digər nəşriyyatlar haqqında topdan bir cümləylə fikir bildirməyi doğru saymıram, prosesdir, hər cürə hallar olur və bəzən bir yazıçının da bütün hekayələri yaxşı olmaya bilər.

Daha yaxşı olardı Ayxan konkret misallara istinad edərək, problemlə bağlı analitik bir yazı yazardı. Lakin bu yazı ümumilikdə konkretlikdən uzaqdır və emosional əhval ruhiyyədədir, belə demək olarsa, tənqid etdiyi pis tərcüməçilərə verilən qiymətlə ölçülə bilər. Dolayısıyla yazıda bir çox məqamlar mübahisəlidir və yazının faydalılıq əmsalı azdır.

Müəllif ümumi ifadələrlə yola verib, tərcüməçilər az qonorara başdansovdu tərcümə etdiyi kimi o da kiçik qonorar xatirinə başdansovdu bir yazı yazıb: "Mətndə Azərbaycan dili yoxdur", "Yaxşı ki, tək-tük yaxşı tərcümələr var, yoxsa boğulardıq bu biabırçılığın içində", "Ortaya yaxşı tərcümə qoymaq lazımdır", "Naşir var ki bizdə? Mətbəə işçiləridir çoxu", "O qədər gözəl idi ki, oxuyanda ağlamaq tutdu məni", "Bu qədər gözəl tərcümə olar, İlahi?", "Biabırçılığın təntənəsidir", "Bədii tərcüməçilərdən daha biabırçı vəziyyətdədirlər", "Onlar, ümumiyyətlə, Azərbaycan dilini bilmirlər, ciddi deyirəm", "Elmi kitablar başdan-ayağa rəzillikdir, adam içinə çıxarılası deyil", "Ana dilindən min kilometr uzaq bir tərcümə", "Biabırçı da olsa, Azərbaycan dilindən uzaq düşsə də", "Nə edək? Başımıza haranın daşını salaq?".

Müəllifin tərcümələrə dəyər biçmək meyarı "biabırçıdır", "rəzillikdir" ifadələriylə məhdudlaşır, peşəkarlıqdan uzaqdır. Təriflədiyi Saday Budaqlının M.Bulqakovdan tərcümə etdiyi "Usta və Marqarita", İlqar Əlfinin Toni Morrisondan etdiyi tərcümələrdə ciddi nöqsanlar var. Tənqid etdiyi Samir Bulutun “Alatoran”da çıxan və oxucuların da təqdir etdiyi tərcümələri var.

Məncə, hər kitaba və tərcüməyə konkret yanaşmaq lazımdır. Yaxşı olar ki, Azərbaycan dilini yaxşı biliklərini iddia edən Ayxan və ya başqa gənc yazarlar oxuduqları hər kitab haqqında konkret olaraq, isti-isti, oxuduqdan dərhal sonra resenziya yazsınlar və bu zaman "biabırçıdır", "rəzillikdir" ifadələrindən daha uzağa getsinlər.

# 4960 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #