Balasının meyitini qucaqlayan ata – Allaha suallar

Balasının meyitini qucaqlayan ata – Allaha suallar
20 oktyabr 2020
# 11:41

Bu, Azərbaycan atasıdır, yol gəlir.

Düz 30 ildir gəlir, qucağında ölü balası...

Azərbaycan atası 30 ildir gələcəyə qucağında balasının meyiti ilə gedir.

Azərbaycan atası 30 ildir qucağında gələcəyin meyitini gəzdirir.

Sabahın meyitini əllərinin üstündə tutub sabahı gözləyir.

30 ildir Azərbaycan atası balasını böyüdüb qucağından yerə qoyan kimi canını alıb qaytarırlar qucağına.

Sizif daşına dönmüş balalarımızın meyitini qucağınıza alıb bu müsibətin içində nəsə umuruq.

Sağlığında utandığından, qayğıdan arınıb övladına yaxın durmayan bu gənc atalar balalarının daşa dönmüş meyitinə bu cür sarılmaq cəsarətini hardan tapır?

Yuxu apardığı yerdəcə yatan bu canları o qədər daşıyıblar yataqlarına, yorulmuşam deyəndə də...

Bu bədən, o bədən deyil!

Bir zamanlar çəkisini hiss etmədiyin bir şey dünyanın ən ağır yükünə necə çevrilir?

İlahi, insan bu ağrının altında dünyanın faniliyinə necə inansın?

Faniliyin bunca möhkəm bir ağrı yaratmağa qüdrəti necə çatır?

Allah, indən belə onların qucağına nə verəcəksən ki, o qollar daşa dönmüş balasının bədənini unutsun.

O əlləri bundan sonra nəyə toxundurub inandıracaqsan ki, əslində cəhənnəm bu dünya deyil?

# 2976 dəfə oxunub

Oxşar xəbərlər

İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
#
#
# # #