Nuridə Atəşinin zorlanmaq istəyi
14 iyun 2011
10:23
(gündəlik qeydləri)
“Mən tez-tez foto-sessiyalara dəvət alıram” - deyən aparıcı-“foto-model” Dilarə Əliyevaya - inanmıram.
Deyəsən, yalanın ifrat dərəcədə olduğunu reklam sifarişçisi və istehsalçısı da, nəhayət ki, anladı. Artıq reklam çarxında bu sözlər qayçılanıb.
_
“Mən kişi istəmirəm” şeirinin müəllifi Xuraman Hüseynzadəyə - inanmıram. Bu misranı oxuyanın ağlına elə həmin andaca müəllifin oriyentasiyası haqqında düşüncələr gəlir. Əlavə şərhə ehtiyac görmürəm. Amma qoy bunu da deyim, ürəyimdə qalmasın: bəzi müəlliflərdə inkarçılıq o dərəcədədir ki, az qala bunu da izah etmək lazım gəlir ki, oğul anası ilə evlənə bilməz, qız atasına ərə getməməlidir...
Elə bil hər bir insanın doğuşdan fəhmən qavradıqları bu yazarlar üçün oxunmamış kitabdır.
_
Rövşanə Bektaşinin Sabir Ələsgərovla birgə ekranda görünmək istədiyinə - inanmıram. Sanki balaca qızcığazı zorla 1 may nümayişinə, yaxud 9 may paradına çıxarıblar. Bir əlindən valideyni tutub, o biri əlində şit rəngli, üzərində sovet şüarı yazılmış şar var. Və qızcığaz sapı barmağına sarınmış bu şarı – Sabir Ələsgərovu əlindən buraxmaq üçün münasib fürsət axtarır.
_
Nuridə Atəşinin:
“Eybi yox, görəcəksən
Bir gün uzun qara saçlarımın qarğışı necə tutacaq
o sarı, yoluq saçları
Bir gecədə ağarıb töküləcəklər…”
misralarının təxəyyül məhsulu olmasına – inanmıram. Qeybət kimi çıxmasın, görən, o sarı saçlı, yoluq kimdir?
Qadın həmişə şeirlərinin forması ilə yox, hisslərinin lüt-üryanlığı ilə maraq doğurur. Fotolarının seçiminə və üzündəki ifadəyə də diqqət yetirin. Baxışlarından cin yağır, adamı zorakılığa təşviq edir. Nuridə Atəşi mənə bilirsinizmi kimi xatırladır? Bədəninin hər millimetri alışıb yanan, cinsi ehtiyacını ödəmək üçün gecə saatlarında küçəyə çıxan, bilərəkdən qaranlıq dalana qısnanmasına imkan yaradan, üç zorba kişinin təcavüzünə məruz qalmış, qışqıraraq imdad diləyən, əslində isə çığırtısı ilə ehtirasını ifadə edən qadını... Bəlkə də mən yanılıram? Hər halda, fotoları bunu deyir. Üstəlik, şeirlərində kişiləri siqaret kimi külqabıda əzmək istəyinin saxtalığı...
_
Ədəbi dilə hörmət etməyən şəxsin yaxşı yazıçı olacağına – inanmıram.
“Yad dildə” romanından bir parça oxudum. “Dili ağırdır” deyənlər, məncə, yanılırlar. Düzdür, mətnə tam bələd deyiləm. Birnəfəsə oxuduğum hissədə dil rəvan idi, müəllif həqiqətən oxunaqlı yazır. Amma gördüyüm mətndə “amma”ların hamısı bircə “m”lə yazılmışdı. Pərviz Cəbrayıla yaxşı ədəbi redaktor lazımdır. Həm də təkcə ona yox, yazıçı karyerasını seçmiş əksər gənc yazarlara. Ədəbi dili zibilə çevirmək olmaz. Normanın yoxluğu “Yad dildə”ni şifahi ədəbiyyat nümunəsindən, Pərviz Cəbrayılı nağılçıdan fərqləndirmir.
Bu, mənim düşüncəmdir: yazıçı ədəbi dilin qaydalarına baş əydikdə oxucunun qarşısında ucalır, ictimai pyedestaldakı heykələ, kütlə üçün az qala canlı bütə çevrilir. Danışıq dili isə onu səcdəgahlıq zirvəsindən uçuruma yumbaladır, kütləyə qarışdırır, sıradan biri edir.
“Yad dildə” müəllifinin bu cür “intihar etməsi”nə oxucu kimi heç sevinməzdim, çünki romanını, - oxuduğum parça kifayət etdi, - ümumən bəyəndim.
_
Firudin Ağasıoğlunun (Cəlilov) etrusk-türk bağı haqqında kitabındakı “tarixi araşdırmalar”a – inanmıram. Müəllif sanki nəyin bahasına olursa-olsun, antik dövrdə türk izləri axtarıb tapmağa dair yazılı öhdəlik götürüb. Onun təhlilləri və nəticələri sahildə qum topalarından qurulan və dalğaların ağırlığından yuyulub dağılan qəsrləri xatırladır.
Müxtəlif sözlərin, anlayışların nisbi oxşarlığı əsasında “elmi tədqiqat”a imza atmış müəllifə ilham verən, yəqin ki, “etrusk” sözündəki “t”, “r””, “k” samitləri olub. Amma mənim üçün maraqlıdır, görəsən, Firudin Ağasıoğlu ümumiyyətlə, etrusk mədəniyyəti haqqında nə bilir? Güclü cinsin cinsi orqanını bütləşdirmiş bu ölü xalqdan yadigar qalan heykəlcikləri görübmü? Nəhəng penisli adamcıqlar.
Bunca uzaq tarixə baş vurmağa ehtiyac yox idi. Ona etrusk-türk “bağı”na dair bir “ipucu” da mən verim. İranda, şimal-şərq hissədə dünyaca məşhur bir məzarlıq var. Kişi və qadın qəbirlərindəki başdaşıları eynilə hər bir məzar sahibinin cinsi orqanı şəklindədir. Deməli, etruskların təkcə türklərlə yox, həm də farslar, giləkilər, lurlar... bağı var?!

2436 dəfə oxunub
Oxşar xəbərlər
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın
09:00
10 dekabr 2024
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024