Paşa Qəlbinura cavab

Paşa Qəlbinura cavab
24 may 2011
# 09:41
MKM-in qaliblərinin elan olunmasına sayılı günlər qalıb. Qısa siyahıya düşmüş yazarlar çox sakit və təmkinli olduqlarını iddia etsələr də sinirlərin gərildiyi məlumdur. Hər kəs əsərini birinci görmək niyyətindədir. Əks təqdirdə MKM-ə niyə qatılırdılar ki.

Bu namizədlərdən biri də həkim, görkəmli oftolmoloq, professsor, şair Paşa Qəlbinurdur. Təzəcə müsahibə verib və bu kiçicik müsahibədə bir neçə yerdə mənim adımı xüsusilə vurğulayıb. Hətta məni sağıcı, traktorçuya bənzədib. Mən isə sağıcıları yalnız diyarşşünaslıq muzeylərində şəkillərdə görmüşəm.

Paşa Qəlbinurun mənə qarşı xüsusilə qeyzli olmasının səbəblərinə gəlməmişdən əvvəl onu deyək ki, hələ qısa siyahının açıqlanması ərəfəsində məlum oldu ki, uzun siyahısdakı bəzi yazarlar münsiflərə və müsibəqənin təşkilatçısı Nigar Köçərli ilə əlaqəyə yaradaraq özlərini tapşırtdırmağa cəhd ediblər.

Bir qədər sonra məlumat daha da dəqiqləşdi. Özünü tapşırtdırmaq cəhdində bulunan yazarların adları mətbuatda hallandı. Məlum oldu ki, bu yazarlarin hər iki ictimaiyyət arasında kifayət qədər tanınan şəxslərdirlər; rusdilli yazıçı Natiq Rəsulzadə və şair Paşa Qəlbinur.

Özünü tapşırtdırmağı onluğa düşən yazıçılardan başqası, məsəl üçün mən etmiş olsaydım başa düşmək olardı. Yazmağa yeni başlamışam, hələ kifayət qədər yazı təcrübəm, qələmimə güvənim yoxdur kimi arqumentlər gətirib mənim özümü tapşırtdırmaq niyyətimi bir şeyə bağlamaq olardı. Bəs kifayət qədər yazı təcrübəsi olan bu iki yazar nədən bu addımı atmışdı? Bircə cavab var; qələminə güvənməmək, əsərin zəifliyini dərk etmək.

Onlar haqqında bu iddia ortaya çıxanda nə Natiq Rəsulzadə, nə də Paşa Qəlbinur ortaya çıxıb deyilənləri təkzib etdilər.

Ortada daşdan keçən fakt varkən mən, eləcə də digər iştirakçıların belə düşünməyə əsası var ki, onlardan birinin qalib olacağı təqdirdə müsabiqənin obyektiv keçrilməsi şübhə altına düşür. Bunu Etimad Başkeçid də müsahibəsində qeyd etmişdi.

Paşa Qəlbinurun qısa siyahıdakı əsəri haqqında bir kəlmə də söyləməmişəm. Müsahibəmi oxumuş Paşa Qəlbinur isə haqqında yayılanlar barədə təkzib vermək yerinə məni traktorçuya, sağıcıya bənzədir.

Nə mən traktorçuyam, nə Paşa Qəlbinur Pasternakdı. Pasternakın əsərini oxumamış onun haqqında mənfi rəy bildirən tarktorçu və sağıcıları isə qınamağa dəyməz. Kəndçi adamdırlar, onlar bəlkə heç Pasternakın adın ilk dəfə eşidirmişlər.

Əgər professor müsahibəni oxuyub yanlış qənaətə gələ bilirsə, işi Qazaxstanın ilan mələyən çöllərində, al günün altında yer şumlamaq olan traktorçu Pasternakı oxusaydı nə qənaətə gələcəkdi ki guya?

Heç bir traktorçu “Doktor Jivaqo”nun sosializm realizminin tələblərinə cavab verməməsi barədə “Pravda”da palaz boyda bir məqalə yazmayacaqdı.
# 3043 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #