Nilin çılpaq fotoları

Nilin çılpaq fotoları
26 aprel 2011
# 10:15
Mən Nili çox sevirəm.
Az qala bütün mahnılarını əzbər bilirəm.
Tələbəlik illərimdə də çox sevirdim Nili.
O zaman başqalarını da sevirdim.
Amma geriyə Nil qalıb.
Bir də Teoman.
“Hürriyyət” qəzetinin “Kelebek” əlavəsində çıxan yazılarını da oxuyuram.
“Twitter” səhifəsinə də tez-tez baxıram.
Nil çox kreativ bir qızdır.
Mahnıları bambaşqadır, kimsəyə bənzəməz.
Başqaları ilahi bir əzabla oxuyur.
Amma Nilin səsində bir vecsizlik var.
Dünyanı vecinə almamaq var.
Kefcillik var.
Amma keçənlərdə “Twitter”də Nilin qeydlərinə olan yazıya vermək üçün fotosunu axtarırdım.
Nilin çılpaq fotolarını gördüm.
Bilirəm, məni heç kim anlamayacaq.
Amma mən inadla yazıram.
Nilin bu fotolarını görəndə dünyam yıxıldı.
O mənim xəyallarımda dəcəl bir qız idi, çılpaq fotolar çəkdirən adi bir müğənni imiş.
O məsumluğunu itirdi Nil.
Səsinin gözəlliyini, üzünün ifadəliyini itirdi.
Nil qadın deyilmi?
Qadındır.
Müğənni deyilmi?
Müğənnidir.
Gözəl deyilmi?
Gözəldir.
Elədirsə, niyə soyunmasın başqaları kimi?
Amma o, mahnıları oxuyan bir qıza yaraşdırmadım bunu.
Kulis.az-da məşhur aktrisaların fotosessiyalarını yayımlayırıq.
Bu mənim ideyamdır.
Lakin Nil sağ aşağı yerdə görmək istəmirəm.
Beynimdə yaratdığım çərçivədən çıxartmaq istəmirəm Nili.
# 3244 dəfə oxunub

Oxşar xəbərlər

Məhşərdə cavab verməyə kimin üzü var?

Məhşərdə cavab verməyə kimin üzü var?

09:00 9 iyul 2025
Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

12:00 4 iyul 2025
İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
# # #