Səni axırda sevəcəm

Səni axırda sevəcəm
2 oktyabr 2012
# 10:14
-Salam.

-Salam.

-Necəsən?

-Mənəm də. Sən necəsən?

-Sənsən də....

-Haralardayıq?

-Antaliyada, dəniz sahilində...

-Payızda?

-Payızda.

-Məni də aparmısan?

-Səni də gətirmişəm.

-Payızda.

-Payızda.

-Neynirəm orada?

-Neynəmirsən ki...

-Lütfən burax nə istəyirəm eləyim.

-Dəlisən, səni özbaşına buraxmaq olar?!

-Bəs deyirdin dəlinəm sənin?

-Hə, dəlimsən mənim. Onsuzda sözümə baxmırsan. Bəs sən hardasan ?

-Marsda.

-Marsda?

-Hə, Marsda.

-Məni də aparmısan?

-Səni də gətirmişəm.

-Neynirik?

-Yarım saatdır nəfəs nəfəsəyik.

-Yaxşı, yenə başlama..

-Ciddi deyirəm.

-Küçənin ortasında?

-Yox, əşşi...

-Bəs harda? Marsda ki, ev yoxdur...

-Marsda heç küçə də yoxdur.

-Hələ çox dayanacağıq belə?

-Çıxış yolu tapanadək.

-Nə baş verib?

-Heç, sənin skafandırın qırılıb, ikimiz mənim balonumdakı bir udumluq
havanı bir birimizə ötürərək nəfəs alırıq.

-Birinci kim öləcək?

-Əlbəttə mən...

-Ağlayanın olsun, yəni...

-...Burda nə var ki?

-Deyirəm də, həmişə çətin anlarında lazım oluram sənə...

-Niyə başqa vaxtlar da lazım olacaqsan...

-Nə vaxt?

-Səbirli ol. Qoy bu sevdalarla qurtarım, səni də sevəcəm...

-O zaman qocalmış olacağıq.

-Qocalıqda zaman daha cavan görünür. Oturub birlikdə baxarıq...

-Niyə indi yox?

-Səni axıra saxlayıram.

-Niyə?

-Həyat yoldaşı da vətən kimidir. Nə qədər gəzirsən gəz, öləndə onun
yanına qaçırsan...

Qeyd: Yazı İlqar Rəsulun facebook səhifəsindən götürülüb

# 1655 dəfə oxunub

Oxşar xəbərlər

Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
#
#
# # #