Tənhalığın faydası
1 oktyabr 2012
09:46
Bilmirəm fikir vermisinizmi – son zamanlar sosial şəbəkələr tənhalıqdan şikayətçi olan insanların kədərli statusları ilə dolub-daşır. Bu, aysberqin görünən tərəfi olsa gərək. Özü də bu, «darıxıram» ifadəsini bir növ mataha çevirmiş şair-yazıçı statusları deyil. Sonuncuların «ilahi» darıxmaqlığı tamam başqa söhbətin mövzusudur…
Açığı, mən heç vaxt tənhalıq hissinə tutulmamışam və tənhalıqdan elə də əziyyət çəkən adam olmamışam. Ona görə yox ki, həyatım başdan-başa mən sevdiyim və məni sevən adamlarla süslənib, ona görə ki, bunu bir həyat gerçəyi kimi qəbul etmişəm, vəssalam. Fikirləşmişəm ki, tənhalıq anadangəlmə xəstəlik kimidir, onunla mübarizə aparmaqdansa, baş-başa verib yaşamağa alışmaq lazımdır.
Lakin burada ekzistensiyadan yox, «kütləvi tənhalaşma»dan söhbət gedir və görünən odur ki, belə davam etsə, cəmiyyətimiz marginallaşmış insan toplusuna çevriləcək. Ətrafda baş verənlərin ümumi havasına uyuşmayan, ənənəvi sosial davranış normalarından bezikmiş, artıq mədəni və etik ənənənin öz cazibəsində saxlaya bilmədiyi insanlar toplusuna. Əlbəttə, tənhalıq və marginallıq bir qədər fərqli şeylərdir, amma tənhalıq hissi marginallığa aparan ən kəsə yoldur.
Mən burda tənhalara ürək-dirək vermək, dərdini bölüşmək, onların içini sızladan və həyatına zəhər qatan məyusluqlarını yumşaltmaq fikrində deyiləm. Ona görə ki, əslində, onları kiminsə ovundurmasına ehtiyac yoxdur.
Tənhalar və marginallar həmişə azlıqdadır (iki birdən çoxdur kimi alındı, amma eybi yoxdur). Palaza bürünüb, elnən sürünən çoxluq belə adamlara həmişə xor baxır. Amma bu, çoxluğun haqlı olduğuna dəlalət etmir. Daha çox əksinə! Çoxluğun içində yer alıb, azlığa xor baxmaqdan asan iş yoxdur. Və bundan da rəzil iş yoxdur. Bu nöqtədə yunan müdriki Prienli Biantın min öllər öncə dövriyyəyə buraxdığı sözləri xatırlamaq lazım gəlir: «Pislər həmişə çoxluqdadır». Öz sözlərimizlə desək, çoxluq - …luq!
Abırlı insan gözünü açıb, özünü çoxluğun içində görüncə təlaşlanmalı, bura necə gəlib düşdüyünün hesabını aparmalıdır.
Sən çoxluğun obrazının bir ştrixi ola bilərsən, amma tənha və təksənsə, bu sənin öz obrazın var deməkdir. İnsanın bütün yaradıcı keyfiyyətlərinin başında isə onun öz obrazının olması gəlir. Odur ki, dünyanın bütün şedevrləri tənha, marginal adamlar tərəfindən yaradılıb. Çoxluğun təyinatı isə nələrəsə xor baxmaq, nələrisə ayaq üstə sürəkli alqışlamaqla sınırlıdır.
Tənha adamların ağzını bir yerə yığmaq, barmağını tuşlayıb göstərdiyin şeyi onlara bəyəndirmək, yaxud onlarda nəyəsə nifrət oyandırmaq müşkül məsələdir. Uzun illər Rusiya televiziyasında «İnanılmaz gerçəklər» verilişinin müəllifi olmuş böyük fizik Sergey Kapitsanın bu haqda gözəl bir deyimi var: «Qoyunlardan sürü düzəltmək asandır, oğul istəyirəm ki, pişiklərdən sürü düzəltsin».
Tənhalığı asıb-kəsən, yamanlayan, ondan yaxa qurtarmaq istəyən sənətkarları başa düşürəm, amma istərdim ki, bir az onun fəzilətləri barədə də düşünək. İrfan çobanları, Budda və xristian rahibləri tənhalığa elə-belə çəkilmirdilər hər halda.
Sonda dünyanın ən tənha adamı ünvanını qazanmış Diogen haqqında çoxlarımızın bildiyi bir rəvayəti xatırlatmaq istəyirəm. Bir gün Diogen öz çəlləyində oturub, özünü günə verirmiş. Aleksandr ona yaxınlaşıb, özünü təqdim edir:
«Mən Böyük hökmdar Aleksandram».
«Mən isə Diogenəm, it Diogen»
«Sənə niyə it deyirlər?»
«Mənə sür-sümük atana quyruğumu bulayıram, atmayana hürürəm, pis adamları isə dişləyirəm»
«Bəs məndən qorxmursan?» - Aleksandr soruşur.
«Sən kimsən – xeyir, yoxsa şər?»
«Əlbəttə, xeyir!» - Aleksandr öz ayranına turş demir.
«Elə isə, Xeyirin nəyindən qorxacağam?!» - Diogen cavab verir.
«Nə dilərsən dilə məndən!»
«Çəkil, günəşin qabağını tutma»…
Diogen bir başqası ilə, yəqin ki, tamam başqa cür dialoq qurardı. Amma bu iki tənha adamın dialoqudur – onlardın biri piramidanın başında, digəri isə lap dibindəydi. Biri tənhalığa məhkum olunmuşdu, o birisi isə könüllü olaraq özünü tənhalığa təslim etmişdi…

1458 dəfə oxunub
Oxşar xəbərlər
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024