Göyərçinin azadlığı
6 sentyabr 2012
10:13
Dünən yağış çisələdi və içimdə avara-avara gəzişən narahatlığı, paranoikliyi yuyub apardı. Bir aydır içimdə mühacir bir qorxu vardı, hər telefon zənginə ürəyimdə min dəfə “yaxşı olar, yaxşı olar”- deyə-deyə cavab verməyə başlamışdım; elə bilirdim ki, indi kiminsə ölüm xəbərini eşidəcəyəm.
Havalar soyuyan kimi mənim enerjim birə beş artır, əhvalım düzəlir, siqaret dadlı olmağa başlayır. Səhərlər əllərimi “ohlayıb”, nəfəsimlə qızdırmağı sevirəm. Bəzən mənə elə gəlir ki, yağış otağımın pəncərəsini hansı ritmlə döyəcləyirsə, mən də həmin ritmlə kitab oxuyuram və yağış damcılarının özünü pəncərəyə çırpması, mənimsə susmağımla bəstələnən bu musiqi içimə rahatlıq gətirir. Bütün qayğılardan azad oluram... sanki azad oluram.
Yenə yağış yağdı və mən tez evdən çıxdım.
... APA-nın binasında, beşinci mərtəbədə, daha dəqiqi, ordakı ünlü eyvanda (Kulis-ə gəlib, ordakı eyvanda siqaret çəkmədən getmək olmaz ! ) yenə dostlarla siqaret çəkirdik. “Bizdə filan şey yoxdu... “ ilə başlayan cümlələrlə gileyimizi ifadə edir, narahatlığımızı xəyali söhbət süfrəsinə sərirdik ki, hərə bu narahatlığa bir az əl bulasın, beləliklə, virtual da olsa, bu gileyi, narahatlığı tikə-parça edək. Birdən dəhlizdən, içəri tərəfdən eyvanın pəncərəsinə nəsə çırpıldı. Baxdıq ki, zərif, gözəl bir göyərçindi. Qapı açıq olanda içəri girib, indisə içəridən özünü pəncərəyə çırpır, amma çıxış yolunu tapa bilmir. Nə illah elədiksə, onun azadlığa çıxmasına yardım edə bilmədik. Kor-peşman bir siqaret də çəkib, siqaretimizin kötüyünü həmişəki kimi eyvandan aşağı, çoxdandır külqabı olmaq taleyilə barışan köndələn damın üstünə tulladıq. Redaksiyaya keçdik. Arabir yenidən siqaretə çıxanda baxırdıq ki, göyərçin hələ də dəhlizdə ora-bura uçur, özünü pəncərəyə çırpır, amma qapı açıq olsa da, qapının yerini tapa bilmir. Bizim bütün sülhməramlı cəhdlərimiz boşa çıxdı və səssiz-sözsüz bir razılığa gəldik: qapını açıq saxlamaq və göyərçini öz taleyilə baş-başa qoymaq.
Axşamtərəfi xəbər gəldi ki, İranda həbsdə olan gənc yazar dostlarımız Fəridlə, Şəhriyar azadlığa buraxılıb. Sevindik. ( Mən bilirdim, bu bədniyabət avqust çıxsa, hər şey qaydasına düşəcək ) Dostların iş vaxtı bitmişdi və biz günün son siqaretini çəkmək üçün yenə eyvana yollandıq. Bir-iki kəlmədən sonra, gözüm üzbəüz eyvana sataşdı – bu həmin göyərçin idi, qapının yerini tapıb azadlığa çıxmışdı. Və tək deyildi...
Nə yaxşı ki, qapılar var. Vay o gündən dəhlizdə bir göyərçin çırpına və boylanıb görəsən ki, bütün qapılar yoxa çıxıb...

1651 dəfə oxunub
Oxşar xəbərlər
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın
09:00
10 dekabr 2024
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024