Rafiq Tağı və qonşularım
6 avqust 2012
14:24
Bayaq çıxmışam həyətə. Görürəm aşağıdakı dindar qonşum öz telefonundan o biri qonşumun telefonun dini mahnı köçürür, oturub dini söhbətlər edirlər.
Birinci, yəni mahnı köçürən qonşum, 22 yaşlarında bir qızdır. Lənkəranın hansısa kəndində böyüyüb, 4-cü sinifdən sonra məktəbdən aralanıb (qardaşı icazə vermirmiş-G.Ə.), 17 yaşında da ərə gedib. Əri məcburən buna başını bağlatdırıb, amma o, özünü sındırmır: "Yox, elə qız vaxtından dinə meyl eləyirdim e. Öz xoşumla bağlamışam başımı". İndiyə qədər 10 addımlığımızda yerləşən Malakan bağında olmayıb. Əri icazə vermir. Hətta indi əri bilsə ki, o, qonşu ilə söhbət edir, üstəlik mahnı köçürür, boşayar onu. Bir oğlu var Məhəmməd adında.
Ərigil uzun müddətdir bu evdə qalır, yəni normal şəhər mühitində böyüyüb, amma çi fayda. Biz onlardan üstdə qalırıq, bizdə bir əşya yerə düşəndə onların təmirsizlikdən bozaran tavanları silkəlib başlarına tökülür. Məhəllədə kimsə adi bir mismar vuranda o dindar oğlanın atası başlayır söyüş söyməyə, "uçaskovı" çağırır, şikayət ərizəsi yazır ki, məni narahat edirlər. O qədər də acıdildir və söyüşcüldür ki, məhəllədə hamının ondan zəhləsi gedir, bir nəfər də salam vermir. Gəlini də oturub kiməsə dini təbliğ edir, Nərmin Kamal demişkən, öz "həqiqət"ini yayır.
İkinci, yəni mahnı köçürülən qonşum üzbəüzdə yaşayır. Texnikumda oxuyub, 4 il mamaça işləyib. İki uşağı var. Uşaqlarına elə söyüb, elə qarğayır ki, evdə səsdən oturmaq olmur. "Qanına bələnəsən" qarğışını eşidəndə ümumiyyətlə həyatdan əlimi üzürəm. Əslində bəlkə də namaz qılmaq istərdi, amma çəkisi imkan vermir. Deydiyinə görə, Yusif peyğəmbərin kinosunu bəyənir. Bu belə. Qızı keçən beşinci gün imtahan verib, imtahandan gəldi və dedi: "Az pullarıvı hazırla, deyəsən 200-dən az yığmışam". Balaca oğlu da yay aylarını bu məhəllənin dəmir pilləkənlərini çıxıb düşməklə keçirdi, bir dəfə əlində kitab, bir dəfə bir rəsm çəkən görmədim bunu. Əri də ticarətlə məşğuldur, həftənin iki günü evdə olur. Zatən o qadına və iki uşağa belə dözmək olar.
Bu ailələrdən heç biri normal deyil. Olmasaydılar, heç nə itirilməzdi. Heç birinin bir damcı ictimai ağırlığı yoxdur. Belə ailələr təəssüf ki, çoxluq təşkil edir, sizin də, başqasının da bu cür qonşuları əlbət var.
Bu cür ailələrin əksəriyyəti də dinə pənah gətirir.
Bəlkə nə vaxtsa mən də İslama və ümumiyyətlə dinlərə qarşı yumşala bilərdim, amma Rafiq Tağıdan sonra bu, mümkün deyil. Bu saxta insanlar o biri dünyada üç dənə hüri və beş-altı arxdan ötrü bizdən ən səmimi, ən təmiz insanımızı aldılar. Hələ indiyədək neçə neçə insanların qanın töküblər, o ayrı məsələ.
Dünən eşitdim, Rafiq bəyin məzarını az adam ziyarət edib. Mən də ziyarət edə bilmədim bəzi səbəblərdən. Amma əvəzində onu çoxlu-çoxlu düşündüm, yazılarını oxudum. Əmin olun, o halva dağıdılıb, məzarı başında “Quran” oxunub xatırlanmaqdansa, yazıların oxunmasını, bir süfrə başında dostlarının onu yad etməsini istərdi.
Biz yaşadıqca, Rafiq Tağı da yaşayacaq.

1535 dəfə oxunub
Oxşar xəbərlər
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın
09:00
10 dekabr 2024
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024