Tanpınar Sabir haqqında
24 iyul 2012
07:00
Ahmet Hamdi Tanpınar “XIX əsr Türk ədəbiyyatı tarixi”ndə əski şeirin obrazlar sisteminə çox maraqlı bir bucaqdan baxır. Tanpınar yazır ki, əski şeirin ən çox tənqid olunan tərəfi, sözsüz ki, xəyal, təxəyyül dünyasıdır. Dəyişməz simvollar, hazır təxəyyül qəlibləri bu şeirdə bol olsa da, özünəməxsus rəngli dili, ifadə tərzi olması danılmazdır. Lakin məsələyə bütöv baxanda məlum olur ki, bu təkcə əsrlər boyu cilalana-cilalana bizə gəlib çatan obrazlar sisteminin nəticəsi deyil, həm də müəyyən bir ictimai nizamın təzahürüdür. Əski şeirdəki böyüklük, genişlik hissi yaradan, amma eyni zamanda dağınıq ünsürlər bizə böyük bir sarayı xatırladır. Saray aydınlığın, ləzzətin, feyzin sahibi olan möhtəşəm bir mərkəzə - hökmdara və onun iradəsinə bağlı bir yerdir. Hər şey onun ətrafında fırlanır, ona tərəf can atar. Məşhur məsələdir : hökmdar Allahın yerdəki kölgəsidir. Bu təkcə Şərqdə belə deyil, Qərbdə də bu cür düşüncə olub. Bütün əşyalar, təbiət - heyvanlar, bitkilər aləmi, kosmik nizam, varlıq... hər şey hökmdar üçündür və bütün bu anlayışların cəmi, üstəgəl, bizim vücudumuzun özü hamısı birlikdə bir yekə saraydır.
Belə olan halda sevgi də, sevgili də hökmdara bənzədilməliydi. O qəlb aləminin hökmdarı olmalıydı. Orta Əsrlər estetikasında hökmdar həmişə günəşə bənzədilib. O günəş kimi daim öz mənzilində ağır-ağır hərəkət edir, rastına çıxan hər şeyə işıq salır. Beləliklə, sevgili də günəşə bənzədilir və hökmdara aid xüsusiyyətlər ona aid edilir. Sevgilinin bütün davranışları hökmdarın davranışlarıdır : sevməz, sevilməyi bir növ vergi kimi tələb edər, ürəyi istəsə lütfkar olar, cəfa çəkdirər, işgəncə ilə öldürər, onu qısqanmaq olar, amma o qısqanmaz və s...
Tanpınar məqaləsinin bu yerində mənə çox maraqlı gələn bir yerə gəlib çıxır və belə yazır : Namiq Kamal Azərbaycan şairi Sabirlə bərabər əski şeirə hücum edəndə, bu şeiri lağ edəndə dolaq obyektinə çevirdiyi obrazlara diqqətlə baxsaq, görərik ki, doğurdan bütün obrazlar hökmdara aid xüsusiyyətlərdir. Bu şeirdə gözəlliyi, naz etməsi ilə gülə bənzəyən sevgili, qaşı, gözü, kipriyi ilə hökmdar kimi silahlıdır. Namiq Kamal bütün obrazları bir-bir yerinə qoyub bir karikatura çəkmişdi və nəticədə çox əcaib bir sevgili obrazı yaranmışdı. Halbuki ov və hərb silahlarını sevgiliyə yox, adi bir kişi rəsminə tətbiq etsəydi, Behzatda və ya başqa şərq rəssamlarının rəsmlərə bənzəyən, zərif, silahlı bir hökmdar miniatürü yaranardı.
Bu yerdə Sabirin bizim poeziyamız üçün nə qədər əhəmiyyətli olmasına ( ki bu zatən hamıya bəllidir ! ) mənim düşüncəmdə yeni çalarlar əlavə olundu. Demək Sabir şeirləri ilə əslində çox böyük bir coğrafi ərazidə kök atmış əski düşüncəyə, poetik sistemə zərbə vura bilib, onun məhvini sürətləndirib. Sabir o əski düşüncəyə, o poetik sistemə qalib gəlib ki, həmin düşüncə sevgilini də hökmdar kimi silahlandırırdı. Sabirdən sonra sevgilinin gözü gözə, qaşı qaş, kipriyi kiprik oldu. Sabirdən sonra sevgilimiz “ qorxulu silahlarını” atıb yenidən qadın oldu. Biz də kişi olmağa başladıq.
Son söz yenə Sabirindi :
Ey alnın ay, üzün günəş, ey qaşları kəman,
Ceyran gözün, qarışqa xəttin, kakilin ilan.
Alma çənən, çənəndə zənəxdan dərin quyu,
Kirpiklərin qamış, dodağın bal, tənin kətan.
Boynun surahi, boy-buxunun bir uca çinar,
Əndamın ağ gülüş, yanağın qırmızı ənar.
Xalın üzündə buğda, başında saçın qürab,
Qah, qah!... qəribə gülməlisən xaniman xərab!..

1612 dəfə oxunub
Oxşar xəbərlər
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024