Üç kitab

Üç kitab
17 iyul 2012
# 07:00
Yadımdadır, biz ibtidai siniflərdə oxuyanda müəllimlər yay tətilində oxumağımız üçün bizə kitab verirdilər. Həmin kitabı oxumalı və sonra məzmununu yazmalı idik. Bir də deyirdilər ki, yay tətilinizin necə keçdiyini də yazarsınız. O vaxt bu, mənim üçün qorxulu tapşırıq idi. Yayda özümü “yazmağa bir şey olsun deyə tətilimi yaxşı keçirməliyəm” ovqatında hiss edirdim. Oxuyacağımız kitabların adını müəllim verməz, öz ixtiyarımıza buraxardı. Amma mütləq oxumalı idik.

Orta məktəbdə isə ədəbiyyat kitablarının son səhifələrində " Sinifdən xaric oxu" başlığı altında kiçik hekayələr vardı, onları oxumalı idik.

İndi bilmirəm necədir. İbtidai siniflərə, orta məktəb şagirdlərinə belə tapşırıqlar verilirib verilmədiyini bilmirəm. Amma verilməsə belə, uşaqlarda kitab oxuma vərdişini yaratmaq lazımdır və bu, bu yollardan biridir.

3 kitab seçdim. Uşaqlar üçün yazılmış kitab kimi qəbul edilsələr də, bu kitablar böyüklərin də orqanizminə ziyan deyil. Uşaqlarsa oxuyub sonra böyük olmalıdırlar. Hətta uşaq kitablarında belə çox gözəl mesajlar verilir. Bu kitabları həm də uşaqlarınızın yay tətilində oxuması üçün də ala bilərsiniz. Öyrədici kitablardır.

E. Porter - Pollyanna.

Eleanor Porterin Polyanna əsərini 1913-də oxucular tanıyıb. Hətta bu kitabla "Uşaq klassikasının yarandığı"nı da yazıblar.

Polyanna, anası ölmüş, atası ilə yaşayan balaca qızdır. Daha sonra atası da ölür və Pollyanna sevgisini heç kimə göstərməyən, nizam-intizamlı, sərt xalasının yanında yaşamalı olur. Əvvəllər xalası Polyannanı sevməsə də, daha sonra ona öyrəşir. Pollyanna, onu tanıyan hər kəs tərəfdən sevilən, ətrafına həyat eşqi verə bilən, stəkanın dolu tərəfini görməyi insanlara öyrədən optimist qızcığazdır. Yaşadıqlarına baxmayaraq, hələ də həyat eşqi ilə doludur. Polyanna sözü hətta psixologiyada və insanlar tərəfindən həddindən artıq optimist mənasını verən söz kimi işlənməyə başlayıb. Əsərdən hissə:

“Birbaşa mətbəxə keçdilər. Xidmətçi:

- Acmısan yəqin. Amma yeməyə gecikmisən. İndi südlə çörək yeməli olacaqsan.
- Südlə çörək yediyim üçün xoşbəxtəm.
- Niyə?
- Südlə çörəyi çox sevirəm. Sonra səninlə birlikdə yemək də gözəldir.
- Necə olur hər şeydən xoşbəxt ola bilirsən?
- Xoşbəxtlik oyunu!
- O nə deməkdir?
- Xoşbəxtlik oyununu mənə atam öyrədib. Bu oyunu körpəliyimdən oynayıram.
Xidmətçi maraqla soruşdu:
- Bu oyunu necə oynayırlar?
- Oyuna, bizə göndərilən yardım sandığından çıxan əsalarla başladıq. Mən oyuncaq istəyirdim. Atam da bu istəyimi, sandığı bizə göndərənlərə yazdı. Amma sandıqdan oyuncaq yerinə, əlil insanların istifadə etdiyi əsalar çıxdı. Biz də bu oyuna belə başlamış olduq.
- Bunun oyunla nə əlaqəsi var?
- Bir az fikirləş. Oyuncaq gözləyirdim, iki əsa çıxdı. Sandıqdan oyuncaq çıxmadığı üçün ağlamalıydım, hə? Amma əsaları görəndə gəzə bildiyim, əsalara ehtiyacım olmadığı üçün xoşbəxt oldum. Bu qədər sadə.
- Qəribədir.
- Qəribə deyil. O gündən sonra həmişə bu oyunu oynadım. Nə qədər çətinliklə qarşılaşsan, oyundan o qədər zövq alırsan. Ancaq çox çətin olduğu zamanlar da olur”

Michael Ende - Momo


Əsər 30 dilə çevrilib. Kitab vaxtın əhəmiyyətindən bəhs edilir. Görənlərin dəqiq yaş verə bilmədiyi kimsəsiz Momo adlı qızcığaz, bir kəndə gəlir. Kənd sakinləri əvvəlcə Momodan ehtiyat etsələr də, vaxt ötdükcə Momonun yaxşı insan və həm də yaxşı dinləyici olduğunu anlayırlar. Uşaqdan böyüyə hər kəs Momonu sevməyə başlayır. Əsər, vaxtın dəyərli olduğunu, Momo və kənd əhalisinin başına gələnlərdən bəhs edir.

“Hesab səhv, amma keçərlidir: Duman adamlar qədər həyatda vaxtın qiymətini heç kim bilməzdi. İnsanların vaxt barədə planlar qururdular. Etdiklərindən heç kimin xəbərdar olmaması çox vacib idi. Heç kimin xəbəri olmadan addım-addım irəliləyir və insanlara hakim olurdular. Özlərini "Zamana Qənaət Şirkəti"nin nümayəndəsi kimi təqdim edir, danışdıqları insanların vaxtlarını necə boş xərclədiklərini saniyə hesabı ilə ortaya qoyur, onların sadəcə iş görən cihaz olmalarını istəyirdilər. Vaxt ötdükcə şəhərin böyük hissəsinə bu şəkildə ələ keçirdilər. İnsanlar artıq bir-birləriylə işdən başqa heç nə danışmır, xəstə və qonşu ziyarətərinə getmir, bir-birlərinin problemlərinə kömək etmirdilər. Çünki, bunları etmək, zamanı boşa xərcləmək demək idi. Buna görə də bayramları belə qeyd etmirdilər.

Bütün iş yerlərində, fabriklərdə, ofislərdə, “Zaman dəyərlidir, onu itirmə” ya da “ Zaman nəğddir, boşa xərcləmə” yazılan tablolar asılırdı.

Axırda böyük şəhərin görünüşü yavaş-yavaş dəyişməyə başladı. Köhnə məhəllələr, evlər sökülüb, yerlərinə eyni görünüşlü binalar tikildi. Hər şey eyni idi. İnsanların həyatları da eyniydi.

Vaxta qənaət edim deyib, həyatlarını daha yazıq, monoton və daha soyuq hala salırdılar. Bu həqiqəti sadəcə ürəyinin dərinliklərində hiss edən uşaqlar bilirdi. Çünki artıq heç kim onlara ayırmağa vaxtı yox idi. Halbuki zaman həyatın özü idi. Və həyatın yeri ürək idi. İnsanlar vaxtdan qənaət etdikcə, vaxtları azalırdı”

Jose Mauro De Vasconcelos - Şəkər Portağalı (1968 )


Ailəsindən qayğı görməyən və həmin qayğını başqasında tapan balaca Zezedən bəhs edir. Zeze kasıb ailənin uşağıdır. Həddindən artıq dəcəl olduğu üçün onu tanıyan hamı ondan şikayət edir. Ancaq Zeze həm də çox ağıllı, həssas uşaqdır. 5 yaşında öz-özünə oxumağı öyrənən Zeze günlərin bir günü kədərlə tanış olur.

Müəllif kitabı 12 günə yazsa da "20 il içimdə gəzdirdim" deyir. Şəkər Portağalından sonra “Günəşi oyandıraq” və “Dəli fişəng” adlı kitablarında Zezenin məcaraları davam edir.

“Bu qədər darıxdığıma baxmayaraq, portuqaliyalını iki gündür görə bilmirdim. Məktəbə getməyimə icazə vermirdilər. Etdikləri bu vəhşilikləri heç kimin görməyini istəmirdilər. Üzümün şişi çəkilib, dodaqlarımın yaraları qabıq bağlayan kimi, adi həyatıma qayıdacağam. Günlərimi balaca qardaşım Luislə portağal ağacımın yanında oturaraq keçirirdim. Hər şeydən qorxurdum. Atam, Jandiraya dediyim sözləri təkrarlasam, məni döyə-döyə öldürəcəyini demişdi. Qorxudan nəfəs də almırdım. Ən yaxşısı, balaca şəkər portağılı ağacımın kölgəsinə sığınmaq idi mənim üçün. Amma tezliklə sağalacam. Uşaqların yaraları tez sağalır. Mənə tez-tez: " evlənəndə keçəcək" dedikləri kimi”.
# 1293 dəfə oxunub

Oxşar xəbərlər

Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
# # #