Balaca pomidorlar

Ulucay Akif, yazar

Ulucay Akif, yazar

11 yanvar 2024
# 19:30

O gün yazıçı dostlarla oturmuşduq. Nəsə müzakirə gedirdi. Birdən biri qayıtdı ki:

"Əkrəm Əylislini oxumayan adam yazıçı ola bilməz!"

Özü də nəsə çox əsəbi dedi bunu.

Mən də balaca pomidorlardan yeyirdim.

Sizə demişəm də, ölürəm o balaca pomidorlardan ötrü.

Diri-diri atırsan ağzına, dişləyirsən, ağzının içində partlayır, ləzzəti yayılır damağına, bir az çeynəyib udursan. Çox əladı!

Həəə. Yazıçı dostumuz nəsə çox əsəbiləşmişdi.

Dedi ki, "Əkrəm Əylislini oxumayan adam yazıçı ola bilməz!".

Belə deyib mənə baxdı.

Bildim ki, söz mənə ötürülüb, nəsə deməliyəm.

Tələm-tələsik ağzımdakı pomidoru uddum. Udqundum. Yüngülvari öskürüb boğazımı təmizlədim.

Dedim:

"Mən indicə səndən öyrəndim ki, Markez, Hüqo, Tolstoy yazıçı deyil"

# 3112 dəfə oxunub

Müəllifin son yazıları

# # #