"Xurşidbanu Natəvan" Şəki Dövlət Dram Teatrında

"Xurşidbanu Natəvan"  Şəki Dövlət Dram Teatrında
1 aprel 2025
# 13:55

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi regionlara təşkil olunan qastrol səfərlərini 2025-ci ildə də davam etdirir.

Kulis.az xəbər verir ki, layihə çərçivəsində "Xurşidbanu Natəvan" tamaşası martın 31-də Şəki Dövlət Dram Teatrında 31 mart - Azərbaycanlıların Soyqırımı ilə bağlı nümayiş olunub.

Xalq yazıçısı İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" pyesi əsasında səhnəyə qoyulan eyniadlı yaradıcılıq işinin quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı xalq artisti Siyavuş Kərimidir.

Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova (Xurşidbanu Natəvan), Kazım Abdullayev (Canişin), əməkdar artist Anar Heybətov (Knyaz Xasay), əməkdar artist Elşən Cəbrayılov (Seyid Hüseyn), aktyor Elçin Əfəndi (Hidayət xan), xalq artisti Rafiq Əzimov (Mirzə Ruhullah), əməkdar artist Elnar Qarayev (Mamayı), aktyor Cavidan Novruz (Nəvvab) Vüsal Mustafayev (Zahir bəy), xalq artisti Hacı İsmayılov (Qoca Knyaz), aktyorlar Ramin Şıxəliyev (Daşdəmir), Lalə Süleymanova (Bəyim), əməkdar artist Mirzə Ağabəyli (Kor kamançaçı), əməkdar artist Kazım Həsənquliyev (Məliküldövlə), aktyorlar Məhsəti Tahirzadə (Təhminə), Rüstəm Rüstəmov (Şahmar), əməkdar artistlər Əlvida Cəfərov (Möhnət), Ayşad Məmmədov (Qala rəisi), Elşən Rüstəmov (Şahzadə), aktyor Tural İbrahimov (Mixaylov), Firuzə Balayeva, Nəzrin Abdullayeva, Elsevər Rəhimov, Elçin Nurəliyev (Kültəvi səhnə) iştirak edirlər.

Qeyd edək ki, tamaşa Şəki tamaşaçıları tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

# 157 dəfə oxunub

Oxşar xəbərlər

Kukla Teatrının aprel repertuarı

Kukla Teatrının aprel repertuarı

15:03 1 aprel 2025
Prezident İlham Əliyev Şəfiqə Məmmədovaya “İstiqlal” ordenini təqdim edib - FOTOLAR

Prezident İlham Əliyev Şəfiqə Məmmədovaya “İstiqlal” ordenini təqdim edib - FOTOLAR

12:58 29 mart 2025
Naxçıvan Dövlət Milli Dram Teatrı  Türkiyədə festivalda - Fotolar

Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyədə festivalda - Fotolar

12:19 29 mart 2025
Şəfiqə Məmmədova “İstiqlal” ordeni ilə təltif edilib - Sərəncam

Şəfiqə Məmmədova “İstiqlal” ordeni ilə təltif edilib - Sərəncam

11:37 29 mart 2025
Ağalar İdrisoğlunun 75 illiyi qeyd olundu

Ağalar İdrisoğlunun 75 illiyi qeyd olundu

13:32 17 mart 2025
Bəhram Osmanov:  "Məni yordular, ərizəmi yazıb çıxdım..." - Müsahibə

Bəhram Osmanov: "Məni yordular, ərizəmi yazıb çıxdım..." - Müsahibə

09:00 17 mart 2025
# # #