“Romeo və Cülyetta” əsəri qeyri-adi quruluşda...

“Romeo və Cülyetta” əsəri qeyri-adi quruluşda...
4 avqust 2025
# 10:30

Estoniyanın "Kinoteater" adlı müstəqil teatr qrupu Şekspirin “Romeo və Cülyetta” əsərinə qeyri-adi səhnə quruluşu gətirib — tamaşada aktyorların yerinə ekskavator və ağır texnika çıxış edir.

Kulis.az xəbər verir ki, “Romula və Julia” adlı bu eksperimental tamaşa Rummuda yerləşən köhnə əhəngdaşı karxanasında, açıq məkanda nümayiş olunur.

Romeo obrazını ralli ekskavatoru, Cülyetta obrazını isə qırmızı Ford pikapı canlandırır; səhnədə yanğınsöndürən maşınlar, avtobus və betonqarışdıran da “rol alır”.

Tamaşa səssiz şəkildə təqdim olunur, yalnız musiqi və pirotexnik effektlərlə müşayiət olunur və emosiyalar kamyonların hərəkətləri ilə çatdırılır.

Qeyd edək ki, iİyulun sonundan etibarən cəmi 6 dəfə göstəriləcək bu qeyri-adi layihə müxtəlif yaş qruplarının marağına səbəb olub.

# 2030 dəfə oxunub

Oxşar xəbərlər

Heydər Əliyev Sarayında “Qu gölü"

Heydər Əliyev Sarayında “Qu gölü"

17:03 24 dekabr 2025
“Büllur başmaq”  tamaşasının premyerası keçirildi

“Büllur başmaq” tamaşasının premyerası keçirildi

12:26 22 dekabr 2025
"Qaraca qız"ın  premyerası olub

"Qaraca qız"ın premyerası olub

11:41 22 dekabr 2025
Azərbaycan və Çin teatrları əməkdaşlığa başlayır

Azərbaycan və Çin teatrları əməkdaşlığa başlayır

13:00 18 dekabr 2025
Sumqayıt Teatrı  “Varlı ev”i təqdim etdi

Sumqayıt Teatrı “Varlı ev”i təqdim etdi

13:20 16 dekabr 2025
“Eynək” İncəsənət Studiyası  ilk tamaşasını təqdim etdi

“Eynək” İncəsənət Studiyası ilk tamaşasını təqdim etdi

17:02 11 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər