“Peşəkar teatr dərsləri”nin növbəti mərhələsi Qaxda başa çatdı

“Peşəkar teatr dərsləri”nin növbəti mərhələsi Qaxda başa çatdı
27 may 2025
# 18:30

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən mayın 20-24 tarixlərində İlya Çavçavadze adına Qax Dövlət Gürcü Dram Teatrında təşkil olunmuş “Peşəkar teatr dərsləri” layihəsi çərçivəsində növbəti ustad dərslərinə yekun vurulub.

Kulis.az xəbər verir ki, layihənin əsas məqsədi region teatrlarında sənətin peşəkar əsaslarının tədrisi, yaradıcı, nəzəri-praktiki təcrübə mübadiləsi ilə peşəkarlıq səviyyəsinin artırılması və fəal yaradıcı mühitin formalaşdırılmasıdır.

Əməkdar artist, pedaqoq Qasım Nağı və teatrşünas Dağlar Yusif tərəfindən keçirilən peşəkar teatr dərslərində aktyorların tamaşaçı ilə ünsiyyəti, rejissorla işləmək bacarığı, səhnə texnikası, həmçinin pyesin mənimsənilmə qabiliyyəti, səhnə ritmika və plastikası, nitq mədəniyyəti kimi keyfiyyətləri təkmilləşdirilib.

Mütəxəssislər tərəfindən keçirilmiş dərslər iştirakçılar ilə təcrübə mübadiləsi, ixtisasartırma və aktyorluq potensialının inkişaf etdirilməsi üçün geniş imkanlar yaradaraq İlya Çavçavadze adına Qax Gürcü Dövlət Dram Teatrının yaradıcılıq mühitinin inkişafına və zənginləşməsinə böyük töhfə verib.

# 2556 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda  Beynəlxalq İncəsənət Festivalı  keçiriləcək

Bakıda Beynəlxalq İncəsənət Festivalı keçiriləcək

17:10 13 avqust 2026
"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..."  - Stanislavskidən aforizmlər

"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..." - Stanislavskidən aforizmlər

13:20 7 avqust 2026
Britaniyalı tanınmış dramaturq vəfat etdi

Britaniyalı tanınmış dramaturq vəfat etdi

15:40 5 avqust 2026
Musiqili Teatr  116-cı mövsümü başa vurdu

Musiqili Teatr 116-cı mövsümü başa vurdu

15:30 20 iyul 2026
Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

12:27 18 iyul 2026
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

12:52 17 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər