“Mesenat” tamaşasının premyerası olacaq

“Mesenat”  tamaşasının premyerası olacaq
6 aprel 2026
# 11:30

Aprelin 11-12-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanan “Mesenat” tamaşasının premyerası olacaq.

Kulis.az xəbər verir ki, Azərbaycanın məşhur neft milyonçusu, ictimai xadim və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən ikihissəli musiqili dramın quruluşçu rejissoru Prezident mükafatçısı Samir Qulamovdur.

Tamaşada yalnız baş qəhrəmanın çətin və keşməkeşli taleyi deyil, eyni zamanda onun yaşadığı dövrün mürəkkəb ictimai-siyasi şəraiti, bolşeviklərin hiyləgər planları nəticəsində Bakı milyonçularına qarşı törədilən ailə faciələri də əks olunur.

Səhnə əsərinin bəstəkarı Əli Əliyevdir. Musiqi tərtibatında həmçinin Yohann Ştraus II (1825–1899), Salvatore Markezi (1822–1908) və Frederik Şopen (1810–1849) kimi dünya bəstəkarlarının əsərlərindən istifadə olunub.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, xormeysteri Məlahət Qasımova, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, rejissor assistenti Çimnaz Bağırovadır.

Tamaşada Əməkdar artistlər Ələkbər Əliyev, Əzizağa Əzizov, Çingiz Əhmədov, Nadir Xasiyev, Nahidə Orucova, Səidə Şərifəliyeva, Prezident mükafatçısı Səmədzadə Xasiyev, aktyorlar İbrahim Əlizadə, Hüseyn Əlili, Faiq Mirzəyev, Gültac Əlili, Türkel Tariqpeyma, Nərmin Əliyeva, Gülnarə Abdullayeva, Gülnarə Əzizova, Əmrah Dadaşov, Elçin İmanov, Eleonora Mustafayeva, Şaban Cəfərov, Emin Zeynallı, Yuliya Heydərova, Telnaz Hüseynova, Ofeliya Məmmədova, Ayan Qurbanova, Firuzə Cəfərova, İranə Kərimova, Ruslan Mürsəlov, Nəzrin İsmayılzadə, Əli Kərimov, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, Kamil Cəfərov, Tural Məsimov, Cəlal İsayev, Həmid Həmzəyev, eləcə də teatrın xor və balet artistləri iştirak edirlər.

Premyeranı izləmək istəyən teatrsevərlər biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.

# 1277 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda  Beynəlxalq İncəsənət Festivalı  keçiriləcək

Bakıda Beynəlxalq İncəsənət Festivalı keçiriləcək

17:10 13 avqust 2026
"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..."  - Stanislavskidən aforizmlər

"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..." - Stanislavskidən aforizmlər

13:20 7 avqust 2026
Britaniyalı tanınmış dramaturq vəfat etdi

Britaniyalı tanınmış dramaturq vəfat etdi

15:40 5 avqust 2026
Musiqili Teatr  116-cı mövsümü başa vurdu

Musiqili Teatr 116-cı mövsümü başa vurdu

15:30 20 iyul 2026
Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

12:27 18 iyul 2026
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

12:52 17 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər