Klassik üslubda yeni tamaşa: "Bir dəfə Şamaxı xanlığında"

Klassik üslubda yeni tamaşa:  "Bir dəfə Şamaxı xanlığında"
2 mart 2025
# 11:46

Azərbaycan Dövlət Kukla Teatrında “Bir dəfə Şamaxı xanlığında” tamaşasının premyerası oldu.

Kulis.az xəbər verir ki, teatrın rus bölməsi üçün hazırlanan birhissəli kukla tamaşasının müəllifi Əliheydər Məmmədov, səhnələşdirəni və quruluşçu rejissoru teatrın baş rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Səkinə Bağırovadır.

İbrətamiz hekayətin nəql olunduğu tamaşada qəhrəmanımız bənna Bilaldır. Zəhmətkeş gənc sən demə özü də bilmədən illər əvvəl Cadugər tərəfindən edilmiş tilsimi qırır.

Belə ki, Xanın ədalətli Vəzirinə qəzəblənən Cadugər intiqamını onun qızından almaq qərarına gəlir. Beləcə qızı bilərzik ilə tilsimləyir və onu şah sarayından çox uzaq bir yerdə - ucqar kənddəki kasıb komalardan birindəki güldana atır.

Sözsüz ki, ağlagəlməz hiylənin üstü açılmır və Vəzirin günahsız qızı illərlə bu tilsimin əziyyətini çəkir.

Yaşlı Qonşu sayəsində bu əhvalatı eşidən Bilal özü də bilmədən xilaskara çevrilir və əlindən çıxıb güldana dəyən çəkic sayəsində bu tilsimin pozulmasına nail olur.

Klassik nağıl üslubunda hazırlanan tamaşa maraqlı tərtibat və musiqi həlli ilə də seçilir.

Tamaşada rolları Rauf Babayev, Afət Zülfüqarova, Araz Həsənli, Yelena Qədimova, Firuzə Nəsibli və Lina Məmmədova ifa edirlər.
Əsasən kiçik ölçülü kuklalarla hazırlanan səhnə işində təbiətə sevgi, ətraf mühitin qorunması, heyvanlarla insanların dostluğu kimi humanist vərdişlər də təbliğ olunur.

Xatırladaq ki, tamaşa teatrın yerli müəlliflərlə yaradıcı əməkdaşlığının davamı kimi hazırlanıb və bu əsər müəllifin ölkə teatrları arasında ilk yaradıcılıq aktıdır.

# 3095 dəfə oxunub

Oxşar xəbərlər

Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində premyera

Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində premyera

15:00 6 iyul 2026
“Pişiyin evi”  tamaşasının məşqlərinə başlanıldı

“Pişiyin evi” tamaşasının məşqlərinə başlanıldı

13:00 6 iyul 2026
Çingiz Ələsgərli:  "50 il işləmişəm, heç bir fəxri adım yoxdur..." - Müsahibə

Çingiz Ələsgərli: "50 il işləmişəm, heç bir fəxri adım yoxdur..." - Müsahibə

12:00 6 iyul 2026
İkinci Opera Günləri "Otello"nun premyerası ilə yekunlaşdı

İkinci Opera Günləri "Otello"nun premyerası ilə yekunlaşdı

16:33 1 iyul 2026
Milli Gənc Tamaşaçılar Teatrında mövsümün son premyerası: “Hacı Qara”

Milli Gənc Tamaşaçılar Teatrında mövsümün son premyerası: “Hacı Qara”

14:04 29 iyun 2026
“Hacı Qara”  tamaşasının premyerası olacaq

“Hacı Qara” tamaşasının premyerası olacaq

13:00 25 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər